Accessibility links

Həbsdə olan AXCP fəalı müvəqqəti olaraq aclığı dayandırıb


AXCP üzvü Elxan Əliyev
AXCP üzvü Elxan Əliyev

Mayın 15-də Umbaki təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev bu gün, mayın 20-də aclığı dayandırıb.

Bu barədə onunla telefon danışığından sonra həyat yoldaşı Şahnaz Əliyeva Amerikanın Səsinə bildirib.

Şahnaz Əliyeva: Elxan müvəqqəti olaraq aclığı dayandırıb
please wait

No media source currently available

0:00 0:01:36 0:00

“Elxan bu gün zəng etmişdi. Aclığı müvəqqəti olaraq dayandırdığını bildirdi. Dedi ki, ona çox təzyiq olub. Karseri bağlayıblarmış. Bir də söz veriblər ki, həftə içində apellyasiya məhkəməsində ona köməklik olunacaq. Onu inandırmağa çalışıblar ki, apellyasiya şikayətinə baxış zamanı köməklik olunacaq. Onu özü də görəcək. Amma əfvlə bağlı bir söz deməyiblər. Deyiblər ki, Elxanın əfvə düşüb-düşmədiyi barədə bilmirlər. Elxan mənə dedi ki, beşinci günədək gözləyir. Əgər onların dediyi olmasa özləri də görəcək, məhkəmə təxirə düşəcək. O dedi ki, bildiyini edəcək. Amma nə edəcəyini mənə demədi”, o qeyd edib.

Elxan Əliyev həyat yoldaşına dediyinə görə, onunla yenidən söhbət aparacaqlar.

“Elxan mənə bildirdi ki, onların dedikləri olmasa o yenidən ölüm aclığına başlayacaq və sona qədər geədəck. O dedi ki, onlar Elxanı inandıra bilməsələr və Elxan onların dediyinə əmin olmasa onu sağ tapmayacaqlar”, o bildirib.

Elxan Əliyev həmçinin yaxın günlərdə həyat yoldaşına son sözünü deyəcəyini də bildirib.

Elxan Əliyev ona qarşı irəli sürülən ittihamların siyasi sifariş olmasını bildirib və ədalətsiz məhkəmə hökmünə etiraz olaraq aclıq etdiyini bəyan edib.

Penitensiar Xidmət Elxan Əliyevlə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Elxan Əliyev 2023-cü ilin iyulunda həbs edilib. Bu il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki müttəhim - Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. Cinayət işinin materiallarında iddia edilir ki, adları çəkilən təqsirləndirilən şəxslər Bakının Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan – bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluğa yol veriblər.

Yusif Əliyev satılan torpağın sahibidir. Elxan Əliyev isə daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olub. Təqsirləndirilən şəxslərdən Vəfadar Axundov da bu işdə vasitəçilikdə suçlanır.

Forum

XS
SM
MD
LG