Mayın 15-də Umbaki təcridxanasında quru aclıq aksiyası elan edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyev bu gün, mayın 20-də aclığı dayandırıb. Bu barədə onunla telefon danışığından sonra həyat yoldaşı Şahnaz Əliyeva Amerikanın Səsinə bildirib.