Accessibility links

Ərdəbil vilayətində təxminən 7,000 sinif otağına ehtiyacı var


İranda bir köhnə tikili məktəbin sinif otağı
İranda bir köhnə tikili məktəbin sinif otağı

İllərdir məktəb qıtlığı ilə üzləşən Ərdəbil vilayəti hazırda kritik vəziyyətdədir. Rəsmi İRNA xəbər agentliyinin yaydığı xəbərə əsasən, bu vilayətdə 6,800 sinif otağına ehtiyac olduğu bildirilib.

Ərdəbil vilayətinin Məktəblərin İnkişafı, Təmiri və Təchizat Təşkilatının rəhbəri Behzad Məhəmmədi Ərdəbil vilayətində hər şagirdə düşən məktəb sahəsinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu bildirib.

Ərdəbil vilayətində hər şagirdə düşən məktəb sahəsi 4,2 kvadratmetrdir və ölkə üzrə orta göstəricidən təxminən bir kvadrat metr azdır. Ərdəbil vilayətinin mərkəzi olan Ərdəbil şəhərində isə, bu durum daha pisdir. 265 min şagirdi olan Ərdəbil şəhərində hər şagirdə düşən məktəb sahəsi 2 kvadratmetrdən azdır.

Məhəmmədinin dediyinə görə, vilayətin məktəb sahəsində ölkə üzrə orta göstəriciyə çatması üçün min yeni sinif otağının tikiləməsi lazımdır.

Bu vilayətin beş şəhərində, Ərdəbil, Parsabad, Aslanduz, Xalxal və Meşginşəhrdə şagird sıxlığı problemi illərdir müzakirə edilsə də, həllini tapmır və bu vəziyyət get-gedə təhsilin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Ərdəbil vilayətinin Təhsil İdarəsinin rəhbərinin sözlərinə görə, cari tədris ilində 11 min 800 sinif otağında 265 mindən çox şagird təhsil alır və məktəblərdə 18 min 500 müəllim çalışır.

Ərdəbil valisi Hamid Amili ötən il Təhsil Şurasının iclasında vilayətdə 2 min yeni sinif otağına ehtiyac duyulduğunu bildirmişdi.

Forum

XS
SM
MD
LG