Accessibility links

Fransa Azərbaycan və Ermənistanın Almatıda danışıqları davam etdirməsini alqışlayıb


Almatı şəhərində Qazaxıstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.
Almatı şəhərində Qazaxıstan, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü.

Fransa Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında mayın 10 və 11-də Almatıda keçirilən danışıqları alqışlayıb.

“Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq tərəflərin bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərini bir daha təsdiqləmələrinin vacibliyini vurğulayır”, Fransanın Avropa və Xarici İşlər Nazirliyi mayın 12-də yaydığı bəyanatda qeyd edib.

Fransa 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplər əsasında sərhədin demarkasiyasını, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırıb.

Qazaxıstan hakimiyyətinin danışıqların aparılmasına vasitəçilik təşəbbüsünü alqışlayan rəsmi Paris Cənubi Qafqazda beynəlxalq hüquqa uyğun olaraq ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində danışıqların növbəti raundu keçirilib.

Hər iki tərəf görüşün nəticələri ilə bağlı eynimətnli bəyanat yayaraq nazirlərin delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışladıqlarını, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli saziş layihəsinin müddəalarının müzakirəsinin davam etdirildiyini vurğulayıblar.

“Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar”, Bakı və Yerevan qeyd edib.

Forum

XS
SM
MD
LG