Accessibility links

Məcid Araz: Hakimiyyət məcburi hicab və edam məsələsindən siyasi basqı ünsürü kimi istifadə edir


Məcid Araz
Məcid Araz

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatının (IHR) hesabatına görə, aprel ayının son iki həftəsində İranda hər beş saatda bir nəfər edam edilib. Edamlar may ayında da eyni sürətlə davam edir.

Amerikanın Səsinə danışan siyasi fəal Məcid Arazın sözlərinə görə, hökümət edam və məcburi hicabdan bir basqı ünsürü kimi istifadə edir. O, hesab edir ki, İslam Respublikası qətl və narkotik qaçaqmalçılıqla əlaqərdar edam hökmlərinin tətbiqi ilə ümumiyyətlə edam hökmünü məşrulaşdırmaq istəyir.

Məcid Araz: Hakimiyyət məcburi hicab və edam məsələsindən siyasi basqı ünsürü kimi istifadə edir
please wait

No media source currently available

0:00 0:09:15 0:00
Direct link

“İran rejimi əsasən ideoloji bir rejimdir və strukturu ideoloji bir çərçivənin üzərinə qurulub. İllər boyunca da bunlar özləri bu çərçivəni getdikcə daraldıblar. Yəni, rejimin içində fəsad, siyasi hesablaşmalar, rejimin iqtisadi və siyasi korrupsiyaya qarışması kimi səbəblərə görə bu ideoloji çərçivə daha da daralıb,” Məcid Araz söyləyib.

O, son aylarda edamların artması və məcburi hicab qaydalarının daha da repressiv şəkildə tətbiq edilməsinə diqqət çəkərək deyib ki, “rejim özünə bir sıra göstərməlik qırmızı cizgilər qoyub. O cümlədən, hicab məsələsidir, edam məsələsidir. Rejim edam və hicab məsələsini özünə bir çeşit heysiyyət məsələsinə çevirib və düşünür ki, bunlarda geri addım atsa, artıq geri addım atmaların sonu gəlməyəcək.”

Məcid Arazın fikrincə, İslam Respublikasının üzərindəki daxili və xarici basqılar son vaxtlar nisbətən azalıb:

“Xüsusilə də son aylarda biz görürük ki, Qərbin İranın üzərindəki iqtisadi basqısı azalıb. Keçən illərdəki xalq ayaqlanmalarının basqısı da azalıb. Rejim özünü xarici siyasət və iqtisadi nəzərdən qismən də olsa rahatlaşmış hiss edir. Ona görə də, güya nizamı və tərtibi qorumaq və kontrolu ələ keçirmək üçün sərt tədbirlər görməyə çalışır ki, bunun ən başında da edam cəzası gəlir.”

Siyasi fəalın sözlərinə görə, Tehran edam cəzasını toplumun gözündə məşrulaşdırmağa çalışır.

“Rejim bunları siyasi basqı ünsürü kimi də istifadə edir. Özəlliklə edam məsələsini biz bilirik narkotik və qətl ittihamına tətbiq edir. Ancaq, eyni zamanda siyasi suçlar üçün də tətbiq edir. Rejim çalışır ki, bu narkotik və qətl ilə əlaqədar edamlardan istifadə edərək edamı toplumun gözündə məşrulaşdırsın. Güya desin ki, narkotik və qətl ittihamına bağlı edamlar doğru cəzadır. Lakin, gətirir elə siyasi edamları da buna qatır... Təəssüflə bunun qurbanlarını da daha çox yoxsul kəsim, eyni zamanda qeyri-fars millətlər və ölkənin mərkəzindən kənarda olan yoxsul bölgələrdə görürük,” deyə Məcid Araz əlavə edir.

Forum

XS
SM
MD
LG