Accessibility links

Təbriz və Ərdəbildə iki şəxs edam edilib


İran polisi Tehranda edam cəzası tətbiq etməyə hazırlaşır. 2 avqust, 2007.
İran polisi Tehranda edam cəzası tətbiq etməyə hazırlaşır. 2 avqust, 2007.

Hüquq müdafiə qurumlarının yaydığı məlumatlara əsasən, keçən təqribən 15 gün ərzində İranda 60-dan çox ölüm cəzası tətbiq edilib.

İran Azərbaycanında Təbriz və Ərdəbil şəhərlərinin mərkəzi həbsxanalarında iki şəxsin edam hökmünün icra edilməsinə dair xəbərlər cümə günü yayılıb.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) və HRA agentliyi kimi mənbələrə görə, Yaqub Əmiri adlı 35 yaşlı bir məhkum may ayının 2-də Ərdəbildə dar ağacından asılıb.

Əmirinin illər öncə narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunduğu bildirilib.

“Yaqub Əmiri 3 ildən artıqdır həbsdə idi. O, Ərdəbil-Sərçəm yolunda təqribən 40 kiloqram metamfetamin ilə tutulub və daha sonra edam cəzasına məhkum olunub,” IHR yazıb.

Tehranda fəaliyyət göstərən Rokna saytı isə cümə günü Təbriz həbsxanasında icra edilən edam hökmlə bağlı xəbər dərc edib.

Rokna saytının məlumatına görə, Təbrizdə asılan 36 yaşlı Rəsul adlı şəxs təcavüz və qətl ittihamları ilə əlaqədar edama məhkum olunmuşdu.

Keçən bir neçə gün ərzində həmçinin İranın Kirmanşah, Bircənd, Xürrəmabad, Qızılhasar, Qum və İsfahan kimi şəhərlərdə edam hökmləri tətbiq edilib.

Forum

XS
SM
MD
LG