Accessibility links

Dövlət Departamenti: Vaşinqton ədalətsiz həbs edilmiş şəxslərin tezliklə azadlığa buraxılmasına çağırış edir


“Abzas Media”-nın direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanılarkən.
“Abzas Media”-nın direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanılarkən.

ABŞ Dövlət Departamentinin “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatı yayılıb.

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək üzrə rəsmisi Robert Gilçrist Turan agentliyinin sualının cavabında deyib ki, Azərbaycanla bağlı - İnsan Hüquqları Hesabatında qeyd olunduğu kimi, işgəncə və digər fiziki zorakılıqlar, siyasi məhbuslar və müstəqil məhkəmə sisteminin olmaması da daxil olmaqla, əhəmiyyətli insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqlar var.

Robert Gilçrist bildirib ki, rəsmi Vaşinqton ədalətsiz həbs edilmiş bütün siyasi məhbusların və məhbusların, o cümlədən müstəqil jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və hökuməti tənqid edənlərin tezliklə azadlığa buraxılması üçün açıq çağırışlar etməyə davam edir.

Hesabatda vurğulanır ki, qanun əsassız həbsi qadağan etsə də hökumət ümumiyyətlə bu tələblərə əməl etmir: “Siyasi motivli hesab edilən bütün işlərdə qanuni prosesə əməl olunmayıb və təqsirləndirilən şəxslər tez-tez müxtəlif saxta cinayət ittihamları ilə həbs ediliblər”.

Sənəddə hesab edilir ki, konstitusiyada müstəqil məhkəmə sistemi nəzərdə tutulsa da, hakimlər funksional olaraq icra hakimiyyətindən müstəqil deyildilər: “Məhkəmə sistemi əsasən korrupsiyaya uğrayıb və səmərəsiz qalıb və müstəqillikdən məhrumdur”.

Sənədin “siyasi məhbuslar və məhbuslar” bölümündə deyilir ki, QHT koalisiyası dekabrın 1-nə təxminən 254 siyasi məhbus və məhbus olduğunu təxmin edib: “Siyasi məhbuslar və məhbuslar arasında antikorrupsiya müdafiəçisi, demokratiya və insan haqları fəalları, jurnalistlər və blogerlər, müxalif siyasi xadimlər, dindarlar və fəallar, “Tərtər işi” ilə bağlı həbsdə olan şəxslər var”.

“Hüquqşünasların fikrincə, tanınmış insan haqları və demokratiya fəalı, siyasi məhbus kimi tanınan Bəxityar Hacıyev şəxsi həyatına və yazışmalarına özbaşına və ya qanunsuz müdaxiləyə məruz qalıb. İl ərzində hakimiyyət 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamlarından sonra ona bir neçə əlavə ittiham irəli sürüb”, hesabatda qeyd edilir.

Sənədə həmçinin deyilir ki, hökumətin siyasi motivli repressiya kimi digər ölkələrdə fərdlərə qarşı zorakılıq və ya zorakılıq hədələrindən istifadə etdiyi barədə etibarlı iddialar var.

İfadə azdlığı bölümündə deyilir ki, qanun ifadə azadlığını, o cümlədən mətbuat və digər KİV nümayəndələrinin azadlığını ehtiva etsə də, mətbuatın senzurasını xüsusi olaraq qadağan etsə də, hökumət adətən bu hüquqları pozur.

“Hökumət ifadə azadlığını və media müstəqilliyini məhdudlaşdırır. Jurnalistlər, redaktorlar və müstəqil blogerlər hədə-qorxu ilə üzləşir, bəzən döyülür və həbs edilir. Bundan əlavə, ölkə hüdudlarından kənarda şübhəli zorakılıq aktları baş verib”.

Sənədin “siyasi partiya və siyasi iştirakçılıq” bölümündə deyilir ki, hakim Yeni Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil edir. Yanvarın 11-də prezident siyasi partiyaların qeydiyyatını və fəaliyyətini daha da məhdudlaşdıran qanunu imzalayıb.

“Müxalifət üzvləri ümumiyyətlə digər vətəndaşlara nisbətən daha çox rəsmi təqiblərə, özbaşına həbslərə məruz qalır”.

Hesabatda deyilir ki, "sentyabrın 24-dən oktyabrın 1-dək 100.000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.
Hesabatda deyilir ki, "sentyabrın 24-dən oktyabrın 1-dək 100.000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.

Dövlət Departamentinin “2023-cü il İnsan Hüquqları Təcrübələri” ölkələr üzrə hesabatının Azərbaycana aid hissəsində deyilir ki, həm də sentyabrın 19-20-də Azərbaycan Dağlıq Qarabağa tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçdiyi və nəticədə “100.000-dən çox Dağlıq Qarabağ sakini - faktiki olaraq regionun bütün etnik erməniləri Ermənistana qaçıb”.

Sənəddə həmçinin deyilir ki, il ərzində hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilib.

“Bu həbslər İranın casus şəbəkələrini hədəfə alma kimi səciyyələndirilsə də, məlum ittihamların böyük əksəriyyəti narkotiklə əlaqəli cinayətlərlə bağlıdır”.

Hesabatda əlavə edilir ki, il ərzində hökumət Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) 2004-2017-ci illər arasında ölkəyə həyata keçirdiyi altı səfərlə bağlı hesabatlarına cavab olaraq heç bir tədbir görməyib.

Sənədin "həbsxana və təcridxanan şəraiti" bölümündə deyilir ki, həbsxana şəraiti bəzən həddindən artıq sıxlıq səbəbindən ağır və həyat üçün potensial təhlükə yaradır.

“Həbsxanalarada qeyri-kafi qidalanma, istilik, ventilyasiya və kanalizasiya sistemlərinin çatışmazlığı var və tibbi xidmət zəifdir”.

Rüfət Səfərov, hüquq müdafiəçisi
Rüfət Səfərov, hüquq müdafiəçisi

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Azərbaycanda insan hüquqlarının durumu son dərəcə ağırdır.

“Konvensiya və Konstitusiya üzrə müəyyən edilmiş təməl haqlar və azadlıqlar rəsmi Bakı tərəfindən iqnor edilir. Söz və fikir, mətbuat və məlumat, vicdan, sərbəst toplaşma, hətta hərəkət azadlıqları sahəsində əngəllərin olması Dövlət Departamentinin belə bir hesabat tərtib etməsinə səbəb olub”.

Hüquq müdafiəçisi Dövlət Departamentinin hesabatının ölkədəki reallığı tam əks etdirdiyi qənaətindədir.

“Siyasi məhbusların sayı 300-ə yaxınlaşıb, siyasət və media işi icazəli hala gəlib. Vətəndaşların dövlətin idarə edilməsində dolayı iştirakı tam məhduddur. Sistem avtoritar xarakter daşıyır, üstəlik diktaturaya keçid üçün cəhdlər var. Dindarlara, xüsusilə də şiə təriqətinə inanan, lakin müxalif mövqe sərgiləyən dini-siyasi təsisatlar ağır repressiv tədbirlər altındadır. Həbs edilən siyasi məhbuslar pis rəftara, işgəncəyə məruz qalır. İş o həddə çatıb ki, şərlənən jurnalistin bədəninə elektrik cərəyanı verirlər. Üsul-idarə qorxun hala gəlib. Bu mənada Dövlət Departamentinin sözügedən hesabatını haqlı sayıram, hedab edirəm ki, rəsmi Bakının yürütdüyü hüquq siyasəti bu kimi beynəlxalq sənədləri labüd edir”, o, Amerikanın Səsinə deyib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Qəzənfəroğlu Amerikanın Səsinə deyib ki, ABŞ tərəfindən verilən bu açıqlama Azərbaycan tərəfindən obyektiv sənəd olaraq qəbul olunmur.

Fazil Qəzənfəroğlu Dövlət Departamentinin hesabatını tənqid edir
please wait

No media source currently available

0:00 0:05:56 0:00

“Son illərdə bu bilavasitə həmin dövlətin məqsədyönümlü şəkildə Azərbaycandakı vəziyyəti dramatikləşdirməsi, problemləri sanki dünyanın ən dözülməz bir ölkəsi kimi göstərməyə çalışması kimi qiymətləndirilir. Sadalanan bütün faktlarda bölgədə təhlükəsizlik baxımından ən rahat ölkə olan Azərbaycanı elə təqdim ediblər ki, sanki buraya heç bir insan gəlməməlidir. Azərbaycanda hansı kriminal, yaxud bir vəhşilik elementlərinin müşahidə edilməsi nəzərdə tutula bilər? Azərbaycan sabit və kriminogen vəziyyətin tam nəzarətdə olduğu bir ölkədir. Hətta qonşu ölkələrlə müqayisədə də hamı özünü Azərbaycanda daha rahat hiss edir, hər hansı bir problem yaşamır ”, o qeyd edib.

O, jurnalistlərin həbsi məsələsinə gəlincə sual edib ki, “jurnalistlərin hansı kütləvi həbsindən söhbət gedə bilər?”

“Burada sadəcə xarici ölkələrdən müəyyən vəsaitlər alaraq onun hesabatını verməyən şəxslərlə bağlı addımlar atılır. Hər bir dövlət öz marağı baxımından belə addımlar atmağa getməlidir. Çünki qanunvericilikdə nəzərdə tutulmayan tələblər kiməsə qarşı ayrıca (istər jurnalist olsun, istər siyasətçi) irəli sürülmür. Əgər qrant alırsansa, hansısa bir vəsait əldə edirsənsə bunun hesabatını verməyi də özün üçün rəva bilməlisən”.

Freedom House təşkilatı aprelin 11-də yaydığı illik “Keçid ölkələri” hesabatına əsasən, Azərbaycan son 20 ildə demokratiyanın ən çox tənəzzül etdiyi ölkələr sırasındadır.

Hesabata görə, 20 ildir ki, regionda demokratik idarəetmə tənəzzülə uğramaqda davam edir. Bu xüsusda Rusiya, Tacikistan və Qırğızıstanla yanaşı Azərbaycanın göstəriciləri son 20 ildə ən aşağı nöqtəsinə düşüb.

Son illərdə baş verənlərin regionda qütbləşməni sürətləndirdiyini qeyd edən Freedom House avtoritar hücumların artması ilə region ölkələrinin iki əks bloka ayrıldığını vurğulayır: liberal və demokratik nizama sadiq ölkələr və bu prinsipləri zorakılıqla rədd edən ölkələr.

Ötən illərdə olduğu kimi bu il də “möhkəmlənmiş avtoritar rejimlər” sırasında yer alan Azərbaycan son 20 ildə demokratiyanın ən çox tənəzzül etdiyi ölkələr sırasındadır.

Azərbaycan demokratiya göstəricilərinə görə 1.7 balla (minimum 1, maksimum 7 bal) yalnız Türkmənistan (1.0 bal), Tacikistanı (1.04) qabaqlayır və Rusiya (1.7) ilə eyni sıranı bölüşür.

Forum

XS
SM
MD
LG