Accessibility links

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın və Azərbaycanın müraciətləri üzrə ictimai dinləmələr keçirəcək


Beynəlxalq Ədalət Məhkəməsinin binası (Mənbə: Beynəlxalq Ədalət Məhkəməsi)
Beynəlxalq Ədalət Məhkəməsinin binası (Mənbə: Beynəlxalq Ədalət Məhkəməsi)

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən “Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə aprelin 15-dən 19-dək, eyni iddia əsasında “Azərbaycan Ermənistana qarşı” məhkəmə işi üzrə isə aprelin 22-dən 26-dək ictimai dinləmələr keçiriləcək.

Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin rəsmi internet saytında məlumat yayılıb.

Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycana qarşı, 2023-cü il aprelin 21-də Azərbaycan Ermənistana qarşı ilkin iddia qaldırıb.

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. 1945-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılıb və 1946-cı ilin aprelində fəaliyyətə başlayıb. Məhkəmə Baş Assambleya tərəfindən doqquz il müddətinə seçilən 15 hakimdən ibarətdir.

Məhkəmə Niderland şəhərinin Haaqa şəhərindəki Sülh Sarayında qərargahlanıb.

Bu məhkəmənin iki rolu var: birincisi beynəlxalq hüquqa uyğun olaraq, dövlətlərin ona təqdim etdiyi hüquqi mübahisələrə baxmaq, ikincisi hüquqi məsələlər üzrə məsləhət xarakterli rəylər vermək.

Forum

XS
SM
MD
LG