Accessibility links

NYT: Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyaya qarşı hərbi cinayətlərlə bağlı məhkəmə işi açmaq niyyətindədir


The New York Times qəzetinin (NYT) mənbələrə istinadən bildirdiyinə görə, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyanın Ukraynaya müdaxilə ilə bağlı iki hərbi cinayət işi açmaq niyyətindədir və bir neçə nəfərin həbsinə order verilməsi ilə bağlı qərar çıxara bilər.

Qəzet məhkəmə işlərində Rusiyanın ukraynalı uşaqları qaçırmaqda və mülki infrastruktura qəsdən zərbə endirməkdə ittiham olunacağını bildirilib.

Eyni zamanda New York Times bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan şübhəlilərin həbsinə oderin verilməsi üçün hüquqi standartların yerinə yetirilib-yetirilmədiyi və ya müstəntiqlərin əlavə sübutlara ehtiyacı olub-olmadığı haqda qərar verəcək məhkəməyə qədərki məhkəmə heyətinə öz arqumüntlərini təqdim etməlidir.

Qəzetə şərhlərində bəzi ekspertlər və diplomatlar bildiriblər ki, çox güman ki, Vladimir Putinə qarşı şəxsən ittihamlar irəli sürülə bilər. Belə ki, Beynəlxalq Məhkəmə müharibə cinayətləri ilə bağlı işlərdə dövlət başçısının toxunulmazlığını tanımır. Bununla belə, qəzetin yazdığına əsasən, Rusiya prezidentinə qarşı real mühakimə ehtimalı son dərəcə azdır, çünki Beynəlxalq Məhkəmə qiyabi hökm çıxarmır.

Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına müharibə edən tərəflərdən hansının törətməsindən asılı olmayaraq, Ukrayna ərazisində hərbi cinayətlərin, insanlığa qarşı cinayətlərin və soyqırım aktlarının araşdırılması daxildir. Ukrayna və bir sıra ölkələr Rusiya rəsmiləri və hərbçilərinin məsuliyyətə cəlb edilməsi üçün başqa mexanizmlərin yaradılması imkanlarını da müzakirə edir.

Öz növbəsində Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Ukraynada hərbi cinayətlərin törədilməsini inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG