Accessibility links

Haaqa məhkəməsi Ukraynada hərbi cinayətlərə görə Rusiyanın yüksək səviyyəli komandirlərinin həbsinə order verib


Beynəlxalq Cinayət Məhkəməsi çərşənbə axşamı Rusiyanın Ukraynada hərbi cinayətlər törətməkdə ittiham olunan iki yüksək səviyyəli komandirinin həbsinə order verib.

General-leytenant Sergey Kobilaş və hərbi donanma qüvvələrinin admiralı Viktor Sokolov 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər dövrdə törədədilmiş cinayətlərdə şübhəli bilinirlər.

Haaqa məhkəməsinin bildirdiyinə görə, həmin şəxslərin Ukraynanın elektrik infrastrukturuna raket zərbələri endirməkdə və mülki əhalinin ölüdürülməsinə görə məsuliyyət daşıdıqlarına dair dəlillər var.

Rusiya Ukraynada mülki infrastrukturu hədəf aldığını inkar etsə də, Beynəlxalq Cinayət Məhkəməsi qeydə alınan hücumların nəticələrinin gözlənilə bilən dərəcədən qat-qat artıq olduğunu bildirib. Cenevrə konvensiyalarına və beynəlxalq məhkəmə protokollarına görə, mülki əhaliyə hücumlar qadağandır.

Məhkəmə bildirib ki, həmin şəxslərin "hər biri mülki hədəflərə qarşı hücumlar həyata keçirmək kimi hərbi cinayətlərə" və "insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyır" .

Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin qərarını alqışlayıb.

"Ukraynalı mülki şəxslərə və vacib infrastruktura zərbələr endirmək əmri verən hər bir rus komandiri ədalətin bərqərar olacağını bilməlidir", Zelenski X sosial media platformasında yazıb.

Bu, Ukraynada müharibə ilə bağlı rəsmilərə verilən ilk hökm deyil.

Prezident Vladimir Putin və uşaq hüquqları üzrə komissar Mariya Lvova-Belova ukraynalı uşaqların oğurlanması ilə bağlı hərbi cinayətlərdə ittiham olunub. Kreml bu iddianı rədd edib.

Kreml məhkəmənin orderinə Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsini tanımadığını bildirərək reaksiya verıb.

Forum

XS
SM
MD
LG