Accessibility links

Zəncan həbsxanasında iki məhbus edam edilib


Zəncan həbsxanasında narkotik qaçaqmalçılığı ilə ittiham olunan iki məhbus bir gündə asılaraq edam edilib.

İran İnsan Haqları Təşkilatının (İHR) yaydığı məlumata görə, onlar martın 7-də sübh vaxtı asılıb. Bu şəxslərdən birinin Zəncan vilayətinin Takistan şəhərindən olan 42 yaşlı Hadi Hadixanlı və digərinin isə Bəluc etnikinə mənsub olan 50 yaşlı Mehdi Gergic olduğu müəyyən edilib.

Bu xəbərə görə, Hadi Hadixanlı 3 il əvvəl Zəncanda həbs edilib və bu şəhərin İnqilab Məhkəməsi tərəfindən edama məhkum edilib. Son günlər o, ailəsi ilə görüşmədən karserə köçürülmüşdü.

Digər bir bəluc etnik məhbusu da 4 il əvvəl Urmiyədə həbs edilmiş və sonra Zəncan həbsxanasına köçürülmüşdü. Zəncan İnqilab Məhkəməsi də ona ölüm hökmü çıxarıb.

Ölüm cəzasına məhkum edilənlər hökmün icrasına qədər bir neçə gün əvvəl karserə köçürülür.

İHR-nin məlumatına görə, bu iki məhbusun karserə köçürülməsi ilə yanaşı, ölüm cəzasına məhkum edilmiş daha iki nəfər də karserə köçürülüb, lakin onların taleyi hələ də məlum deyil.

İran mediası bu məhbusların ölüm hökmü ilə bağlı heç bir məlumat yaymayıb.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (İHR) və Fransanın "Birlikdə Ölüm Cəzasına Qarşı" təşkilatı ölkədə edam sayı ilə əlaqədar birgə hesabat yayıb.

Hesabata görə, 2023-cü ildə İranda ən azı 834 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir.

Forum

XS
SM
MD
LG