Accessibility links

İnsan haqları qrupları: İranda edamların sayı artıb


İnsan haqları qrupları bildirib ki, İranda ötən il ən azı 834 nəfər edam edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəmdir. İranın son illər asaraq həyata keçirdiyi edamların sayı 2022-ci ilə nisbətən təxminən 43% artıb.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) və Parisdə yerləşən “Ölüm cəzasına qarşı birlikdə” (ECPM) təşkilatının birgə hesabatında deyilir ki, 2015-ci ildə 972 edamdan sonra bir il ərzində 800-dən çox edamın qeydə alınmasının son iki onillikdə yalnız ikinci dəfə olduğunu qeyd edib.

Qruplar İranı 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində öldürülməsi ilə nəticələnən etirazları dağıdarkən qorxu yaymaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham edib.

834 rəqəmini “heyrətləndirici rəqəm” kimi xarakterizə edən İHR direktoru Mahmud İHR direktoru Mahmud Əmiri-Müqəddəm “cəmiyyətə qorxu aşılamaq hakimiyyəti qorumağın yeganə yoludur və ölüm cəzası onun ən mühüm vasitəsidir” deyib.

ECPM direktoru Rafael Çenuil-Hazan əlavə edib: "İranda etirazlara qarşı mübarizə üçün rejim tərəfindən edam cəzasından istifadə edib."

Hüquq qruplarına görə, İran 2022-ci il etirazları zamanı təhlükəsizlik qüvvələrinə hücumla əlaqəli işlərdə doqquz kişini edam edib - ikisi 2022-ci ildə, altısı 2023-cü ildə və biri 2024-cü ildə. Digər ittihamlar üzrə, xüsusən də narkotiklərlə bağlı işlərdə edamların sayı da artıb.

“2023-cü ildə narkotiklərlə bağlı edamların sayının dramatik şəkildə artması xüsusi narahatlıq doğurur ki, bu da 2020-ci ildə qeydə alınan rəqəmlərdən 18 dəfə çox olmaqla, 471 nəfərə yüksəlib”, hesabatda qeyd edilib.

Etnik azlıqların üzvləri, xüsusən də İranın cənub-şərqindən olan sünni müsəlman Bəluc icması narkotiklə əlaqəli ittihamlarla "edam edilənlər arasında həddindən artıq çox təmsil olunur". Keçən il bəluc azlığının ən azı 167 üzvü edam edilib ki, bu da ümumi əhalinin 20%-ni təşkil edir, baxmayaraq ki, icma İran əhalisinin təxminən 5%-ni təşkil edir.

Çenuil-Hazan BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin narkotiklərlə bağlı edamların artmasına "reaksiya göstərməməsindən" təəssüflənərək, agentliyin İran hakimiyyəti ilə əməkdaşlığı kəsmək əvəzinə dərinləşdirdiyini bildirib.

İranda edamların əksəriyyəti həbsxanalarda həyata keçirilir. Lakin hesabatda deyilir ki, 2023-cü ildə İranda ictimai yerlərdə asılanların sayı 2022-ci ilə nisbətən üç dəfədən çox artıb, yeddi nəfər ictimai yerlərdə asılıb.

Hesabatda bildirilir ki, ən azı 22 qadın edam edilib ki, bu da son on ildə ən yüksək rəqəmdir. Onlardan 15-i qətl ittihamı ilə asılıb.

QHT-lər uzun müddətdir ki, zorakılıq edən tərəfdaşını və ya qohumunu öldürən qadınların asılma riski ilə bağlı xəbərdarlıq edir.

Aprel ayında bir nəfərin zina ittihamı ilə edam edildiyi, 2009-cu ildən bəri ilk dəfə bir adamın bu ittihamlarla asıldığı bildirilib. May ayında Quranı təhqir etməkdə günahlandırılan iki kişi küfr ittihamı ilə edam edilib ki, bu da doqquz ildə ilk belə edam olub.

2023-cü ildə qeydə alınan edamların yalnız 15%-i İranın rəsmi mediası tərəfindən elan edilib, IHR isə digər edamları öz mənbələri vasitəsilə təsdiqləyib.

Forum

XS
SM
MD
LG