Accessibility links

Milli fəal Mürtəza Pərvin aclıq aksiyasının dördüncü günündədir


Murtaza Pərvin
Murtaza Pərvin

Həbsdə olan milli fəal Mürtəza Pərvinin fevralın 27-də aclıq aksiyasının dördüncü günündə olduğu bildirilir.

Abbas Lisani adlı Telegram kanalı milli fəal və sənətçinin Evin həbsxanasında aclıq aksiyasının dördüncü günü ilə bağlı məlumat verərkən, məhkəmə orqanlarının atasının oğlu ilə görüşmək istəyini rədd etdiyini bildirib.

Məlumata əsasən, Mürtəza Pərvinin atası Evin Prokurorluğuna gedərək, oğlu ilə görüş istədikdən sonra ədliyyə işçiləri ona oğlunun karantində saxlanıldığını və işin müstəntiqləri və ekspertlərinin onunla görüşmək üçün razılıq verməli olduqlarını bildiriblər.

Mürtəza Pərvin fevralın 6-da səhər saat 6 radələrində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Tehrandakı Evin həbsxanasının təcridxanasına köçürülüb. Saxlanma zamanı təhlükəsizlik qüvvələri həbs qərarı ilə bağlı məhkəmə orderi təqdim etməyib.

Fəalın həbsindən 22 gün keçir və hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən sorğu-suala çəkilir.

Ərdəbil şəhərində bəzi fəallar keçən günlərdə şəhərin müxtəlif yerlərində Mürtəza Pərvinin fotosu olan afişalar asıb. Həmin afişalarən üzərində "sənətçinin yeri həbsxana deyil" yazılıb.

Mürtəza Pərvinə dəstək məqsədilə Ərdəbildə şəhərin müxtəlif yerlərində afişalar yerləşdirilib (Foto: Abbas Lisani Telegram Kanalı)
Mürtəza Pərvinə dəstək məqsədilə Ərdəbildə şəhərin müxtəlif yerlərində afişalar yerləşdirilib (Foto: Abbas Lisani Telegram Kanalı)

Mürtəza Pərvin ötən cümə günü ailəsi ilə telefon danışığında “qanunsuz” həbsinə etiraz olaraq fevralın 24-də aclıq aksiyasına başlayacağını bildirmişdi. Hazırda ona qarşı irəli sürülən ittihamlar məlum deyil.

Mürtəza Pərvin daha öncə də dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələrinin müxtəlif təzyiqlərinə məruz qalıb. O, həmçinin performans sənəti və rəssamlıq kimi incəsənət sahələrində fəaliyyət göstərir.

Forum

XS
SM
MD
LG