Accessibility links

İran Azərbaycanında siyasi fəalların həbsi davam edir


İran Azərbaycanı, Tehran və Gilanda həbs edilən türk fəalların həbs davam edir
İran Azərbaycanı, Tehran və Gilanda həbs edilən türk fəalların həbs davam edir

İranın təhlükəsizlik qüvvələrinin İran Azərbaycanı, eləcə də Gilan və Tehran kimi vilayətlərdə türk fəallara qarşı başlatdıqları həbs dalğası davam edir.

Şənbə günündən bəri Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Tehran vilayətlərində ən az 10 siyasi fəalın saxlanıldığına dair məlumat yayılıb.

Sosial mediada fəaliyyət göstərən xəbər kanalları və hüquq müdafiə qurumlarının yaydığı məlumata görə, Abdullah Vahidi fevral ayının 7-də Gilan vilayətinin Astara şəhərində tutulub. Təbrizdə isə Araz Əman və Səid Camalzadə müvafiq olaraq fevralın 7 və 6-da Təbrizdə nəzarət altına alınıblar.

Səid Camalzadənin evində axtarış aparılıb və mobil telefonu və kitabları daxil olmaqla bəzi şəxsi əşyasının müsadirə olunduğuna dair məlumat yayılıb. Bəzi digər fəalların evində də axtarış aparıldığı bildirilib.

Şənbə günündən bəri həmçinin Təbrizdə saxlanılan Ayaz Seyfxah və Bağır Hacızadə, Gilan vilayətinin mərkəzi Rəştdə Səid Minayi və Vədud Əsədi, Tehran vilayətinin İslamşəhr şəhərində Kəmal Nuri, Ərdəbildə Murtəza Pərvin və Urmiyədə saxlanılan Salar Tahir Afşar kimi fəalların adları yayılıb.

Salar Tahir Afşarın yaxınları onun nəzarət altına alındığı zaman zorakılığa məruz qaldığını bildiriblər.

Araz News və Abbas Lisani Telegram kanallarının məlumatına əsasən, Təbrizdə saxlanılan fəallara fevralın 6-da ailələri ikə telefon təması qurmağa icazə verilib. Fəallar qısa telefon söhbətində sadəcə kəşfiyyat şöbəsinə aparıldıqlarını bildiriblər.

Siyasi fəalların hansı səbəb və ittihamlardan dolayı həbs olunduğuna dair məlumat yoxdur.

Forum

XS
SM
MD
LG