Accessibility links

Ərdəbildə siyasi fəal Murtəza Pərvin həbs edilib


Murtəza Pərvin
Murtəza Pərvin

Hüquq müdafiəçiləri Ərdəbil sakini siyasi fəal Murtəza Pərvinin İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət alındığına dair məlumat yayıblar.

Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və HRA agentliyinin yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri milli fəalı fevralın 6-da səhər saatlarında evində saxlayıblar.

“Məmurlar səhər saatlarında türk fəalı evində həbs ediblər. Təhlükəsizlik qüvvələri həmçinin evdə axtarış aparıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kitablarını müsadirə ediblər,” HRA agentliyinin xəbərində qeyd edilib.

Fəalın haraya aparıldığı və hansı ittihamlara görə saxlanıldığı barədə məlumat yoxdur.

Murtəza Pərvin bundan əvvəl də siyasi və mədəni fəaliyyətləri səbəbilə İranın təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinə məruz qalıb. O həmçinin bir neçə il əvvəl ənənəvi Babək qalası yürüşünə qatıldığı üçün pul cəriməsi və şallaq cəzasına məhkum olunub.

Forum

XS
SM
MD
LG