Təbrizin gələn seçkilərə diskvalifikasiya edilmiş millət vəkili Əhməd Əlirzabeygi Eghtesaad24 saytına müxtəlif məsələlərlə bağlı danışıb və İbrahim Rəisi hökumətini və ölkədə keçiriləcək seçkilərdə diskvalifikasiyaları tənqid edib.
Əlirzabeygi ölkədə seçki prosesini və icraedici mövqelərə gələnləri tənqid edib. O, seçki prosesini elə şərh edib ki, layiqli adamların vəzifələrə seçilmək şansı azdır.
“Əgər layiqlilərin seçimi insanların rəyi əsasında aparılsa, onların mütləq özlərinə bir çərçivəsi olar və xalqın etibarı olan sərmayələrini itirməmək üçün təbii əllərindən gələni əsirgəməzlər. Bu xüsusiyyətdən məhrum olanlar iş başında olduqda, artıq ictimai dəstəyə ehtiyac hiss etmirlər və bəlkə də resursların idarə edilməsi ilə bağlı qərarlar təsirsiz və ya süni və saxta ola bilər" - deyə, o əlavə edib.
Əlirzabeygi parlamentin də hökumətə uyğun hərəkət etdiyini irəli sürüb və 44 millət vəkilinin İran körfəzindən Urmiyə gölünə su nəqli layihəsinin həyata keçirilməsi üçün məktub ünvanladığını misal gətirib. Əslən Urmiyədən olan Təbriz millət vəkili deyib ki, "Nəzərə alın ki, ölkənin şimal-qərbindən 44 millət vəkili məsələn, Urmiyə gölünün qurumasına həll yolu kimi deyirlər ki, Fars körfəzindən Urmiyə gölünə su köçürülməlidir, bu, nominal, zahiri və süni bir hərəkətdir."
Bu məktub mediada yayıldıqda o, öz X hesabında (keçmiş Twitter) eyni məktubu dərc edərək, xalqa göstərdiyi hörmətə görə bu məktubu imzalamaqdan imtina etdiyini yazmışdı.
Əhməd Əlirzabeygi bu müsahibəsində 44 parlamentarın İran körfəzindən gölə su nəqli ilə bağlı ölkə prezidentinə məktubunu məntiqsiz hesab edib və deyib: “İnsanlar bu arada hesablayır və görürlər ki, bu layihə on milyard dollar xərc tələb edir. Bununla belə İran İslam Respublikasının su hüququ olan Araz çayının suyu və onun boru xətti 10-cu hökumətdə [Əhmədinejadın 2-ci dövrü] Mərənd ətrafına qədər uzanıb daha 50-60 kilometr davam edərsə, Təbriz düzünə çatacaq ki, Fars körfəzindən suyun çəkilməsi ilə əvəz oluna bilər.
44 millət vəkilin imzaladığı və prezident İbrahim Rəisiyə ünvanlandığı məktubda “İran körfəzindən suyun nəqli Urmiyə gölünü bərpa etmənin strateji və əsas çözüm yolu” olduğu vurğulanmışdı.
Əlirzabeygi məktubun hədəfi haqda düşünür ki, həmin millət vəkillərinə görə, seçkilərə yaxın vaxtda körfəzdən suyun Urmiyəyə nəqli, Araz çayından su nəqli layihəsindən seçkilərdə onlar üçün daha yaxşı nəticə verən addım ola bilər.
Bu millət vəkili parlament üzvləri arasında xalqın səsinə ehtiyacsızlıq hissini qaldırıb və deyir ki, "işin başında duranlar xalqın dəstəyinə ehtiyac duymurlar, çünki onlar əsasən xalqın dəstəyinə söykənərək o mövqelərə gəlməyiblər."
Əlirzabeygi Mahmud Əhmədinejadın prezidentliyi dövründə Şərqi Azərbaycanın valisi olub. O, Prezidentliyinin son illərində siyasi yanaşmasına görə ölkənin siyasi səhnəsindən uzaqlaşdırılan keçmiş prezident Mahmud Əhmədinejada yaxın şəxs kimi tanınır.
Siyasi səhnəyə fundamentalistlər cərəyanından daxil olan, sonra isə siyasətdə yanaşmasını dəyişərək sistem tərəfindən arzuolunmaz bir fərdə çevrilən prezident.
Forum