İran parlamentindəki bəzi millət vəkillərinin rüşvət alması məsələsini gündəmə gətirən Əhməd Əlirzabeygi "yalan məlumat yaymaq" ittihamından suçlanaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.
“Şərq” qəzeti Əhməd Əlirezabeyginin bir il müddətinə azadlıqdan məhrum edilməsi xəbərini dərc edərək, millət vəkilinə istinadən yazıb ki, o, hökmə qarşı Apellyasiya Məhkəməsinə şikayət edəcək.
Iyulun 16-da Əhməd Əlirzabeyginin ikinci məhkəmə iclası keçirilib. İran parlamentinin deputatı məhkəmənin açıq keçirilməsini istəyib, lakin məhkəmə onun tələbini qəbul etməyib.
İran parlamentinin bu deputatının “Şərq” qəzetinə verdiyi məlumata görə, o, məhkəmə iclasının açıq keçirilməsini istəyib və bildirib ki, ona qarşı irəli sürülən ittihamlar siyasi olduğu üçün məhkəmənin münsiflər heyətinin iştirakı ilə açıq keçirilməsi lazımdır.
Məhkəmənin ikinci iclasından iki gün sonra Əhməd Əlirzabeygiyə qarşı verilən 1 il həbs hökmü ona elektron bildiriş vasitəsilə gəlib.
Əhməd Əlirzabeygi sənaye, mədən və ticarət nazirinin 75 millət vəkilinə rüşvət təklif etdiyi üçün prokurorluğa çağırılmışdı.
Təbrizli millət vəkili, İran parlamentinin 75 vəkilinin SMT nazirinin keçən il parlamentdə impiçment üçün verdikləri imzaları geri çəkmək üçün nazirlikdən SUV avtomobilləri aldığını irəli sürmüşdü.
Keçmiş Şərqi Azərbaycan vilayətinin valisi və hazırki millət vəkili Əlirzabeygi irəli sürdüyü rüşvət məsələsinə dair əlində dəlillər olduğunu deyir, lakin məhkəmənin bu məsələni araşdırıb həqiqəti aydınlatmaq istəmədiyini iddia edir.