Accessibility links

Təbriz millət vəkili Əhməd Əlirza Beygi prokurorluğa çağırılıb


Əhməd Əlirza Beygi
Əhməd Əlirza Beygi

Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əhməd Əlirza Beygi prokurorluğa çağırılıb.

Yarı-rəsmi "Fars" agentliyinin şənbə günü yaydığı xəbərdə Əlirza Beyginin səhər saatlarında ölkənin baş prokurorluğuna müraciət edib, günortadan sonra isə "vəkillərin davranışlarına nəzarət edən heyətin" suallarını cavablandıracağı bildirilib.

Əhməd Əlirza Beygi daha əvvəl 75 millət vəkilinin Sənaye, Mədən və Ticarət (SMT) nazirindən rüşvət aldığını irəli sürdüyü üçün prokurorluğa çağırılıb.

Təbriz milli vəkillinin daha əvvəlki açıqlamalarına görə, "İran parlamentinin 75 vəkili SMT nazirinin keçən ilki parlament sorğulaması (İstizah) üçün verdikləri imzaları geri çəkmək üçün nazirlikdən SUV avtomobilləri alıblar."

"Fars" agentliyinin bildirdiyinə görə, SMT naziri iddiaları təkzib edərək prokurorluqdan mövzuya müdaxilə etməsini tələb edib.

İbrahim Rəisi hökumətinin informasiya şurası heyətinin başqanı Sepehr Xələci də 75 millət vəkilinə nazirlik tərəfindən SUV avtomobilləri verilməsinə dair açıqlamalara sərt reaksiya göstərmişdi. Xələci məhkəmə sisteminin hökümət əleyhinə dedi-qodu yayanlara qarşı ölçü götürməsini tələb etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG