Accessibility links

Münaqişə jurnalistikası üzrə mütəxəssis həbs edilib


Şahin Rzayev (Mənbə: Sosial şəbəkə)
Şahin Rzayev (Mənbə: Sosial şəbəkə)

Yanvarın 15-də günorta saatlarında münaqişə jurnalistikası üzrə mütəxəssis Şahin Rzayev Bakının Suraxanı qəsəbəsində evinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Ailəsinin bildirdiyinə görə, Rzayev evlərinin yaxınlığındakı ərzaq mağazasına gedərkən saxlanılıb.

“Şahin Rzayev Facebook sosial şəbəkəsindəki statusuna görə saxlanıldığını bildirib”, ailəsindən deyiblər.

Onun hansı statusuna görə saxlanıldığını müəyyən etmək mümkün olmayıb. Artıq Şahin Rzayevin iki gün öncəyədək Facebook statusları silinib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Rzayevin saxlanıldığını Amerikanın Səsinə təsdiq edib.

Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Şahin Rzayev xırda xuliqanlıq etməkdə təqsirləndirilib. O, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Şahin Rzayev münaqişə jurnalistikası üzrə mütəxəssisdir. O, 10 il, 2016-cı ilədək Böyük Britaniyanın Sülh və Araşdırmalar İnstitutunun Azərbaycan üzrə direktoru olub. İnstitut Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra Jam-News.net.az internet nəşri ilə əməkdaşlq edir. Rzayev son illərdə münaqişə jurnalistikası üzrə təlimçi kimi də fəaliyyət göstərir.

Forum

XS
SM
MD
LG