Accessibility links

"Abzas Media"nın əməkdaşları ev dustaqlığına buraxılmayıb


Sevinc Vaqifqıvı və Ülvi Həsənli
Sevinc Vaqifqıvı və Ülvi Həsənli

Yanvarın 10-da "Abzas Media" işi üzrə həbs edilən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb. Xətai Rayon Məhkəməsində keçirilən məhkəmədə jurnalistlərin vəsatəti təmin olunmayıb.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, onun həbsdə saxlanılmasına heç bir əsas yoxdur:

Zibeydə Sadıqova: Ülvi Həsənlinin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur
please wait

No media source currently available

0:00 0:01:26 0:00

"Həm həbsdədir, həm də ailəsi ilə görüşə qadağa qoyulub. Onun 1 yaşlı uşağı var, uşaq istintaqa nə təhlükə törədə bilər ki? Məhkəmənin diqqətinə çatdırdıq ki, təkcə azadlıq hüququ pozulmur, həm də şəxsi həyat hüququ pozulur və ona görə ev dustaqlığına buraxılmalıdır. Çox təəssüf ki, məhkəmə bunu nəzərə almadı. Ülvi Həsənli müstəntiqin qadağası olmadığı halda nə vəkilinə, nə də Ombusdmana zəng edə bilir".

Elçin Sadıqov: Sevinc Vaqifqızı məhkəmədən ədalət gözləmədiyini bildirdi
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da "qaçaqmalçılıq" ittihamı irəli sürülüb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının "Abzas Media"nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Forum

XS
SM
MD
LG