Accessibility links

Azərbaycanda tələbə qızın dəqiqləşdirilməmiş pnevmoniyadan vəfat etdiyi bildirilir


Qızılca xəsətəliyi ilə bağlı çağırış (Mənbə: TƏBİB)
Qızılca xəsətəliyi ilə bağlı çağırış (Mənbə: TƏBİB)

Yerli mediada Azərbaycanda Sevil İbayevin qızılca xəstəliyindən vəfat etməsi barədə məlumatlar yayılıb.

Sevil İbayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi olub və yanvarın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (Bakıdan 198 kilometr cənub) dünyasını dəyişib.

Yerli media İbayevin xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə aldığını bildirib.

Bununla yanaşı, Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Amerikanın Səsinə bildirblər ki, Sevil İbayeva dekabrın 30-da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

“Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, yanvarın 4-də vəfat edib”, məlumatda bildirilir.

Xatırladaq ki, son aylarda ölkədə qızılca xəstəliyinə yoluxma halları artıb. Rəsmi qurumlar yoluxma ilə bağlı statistikanı yaymasa da, müstəqil müşahidəçilər yoluxanların sayının yüzlərlə olduğu qənaətindədir. Yerli mətbuatın məlumatına görə, bundan öncə qızılcaya yoluxmadan azı 5 nəfər ölüb.

Azərbaycan Səhiyyə Nazirliyi bayram günləri mövsümi respirator xəstəliklərə və qızılcaya yoluxmaqdan qorunmaq üçün əhalini ictimai tədbirlərdə iştirak zamanı tibbi maskadan istifadə etməyə çağırıb.

Forum

XS
SM
MD
LG