Azərbaycan Səhiyyə Nazirliyi bayram günləri mövsümi respirator xəstəliklərə və qızılcaya yoluxmaqdan qorunmaq üçün əhaliyə müraciət edib.
Xatırladaq ki, yanvarın 7-dək ölkədə bayram tətilidir, iş günü deyil.
Nazirlik bildirir ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.
Xatırladaq ki, son aylarda ölkədə qızılca xəstəliyinə yoluxma halları artıb. Rəsmi qurumlar yoluxma ilə bağlı statistikanı yaymasa da, müstəqil müşahidəçilər yoluxanların sayının yüzlərlə olduğu qənaətindədir. Yerli mətbuatın məlumatına görə, qızılcaya yoluxmadan azı 5 nəfər ölüb.
Forum