Accessibility links

Zəncanda ictimai fəal Mustafa Kərimi zaminə buraxılıb


Mustafa Kərimi
Mustafa Kərimi

Zəncan şəhərində yaşayan ictimai fəal Mustafa Kərimi kiberməkanda rejim əleyhinə təbliğat aparmaqda ittiham olunub.

Mustafa Kərimi bu barədə Instagram səhifəsində məlumat verib. O, bildirib ki, dekabrın 18-də Zəncan İnqilab Məhkəməsinin Prokurorluğunun 2 saylı şöbəsində hazır olub və "kiberməkanda sistemə qarşı təbliğat aparmaq"da ittiham olunduğu barədə məlumatlandırılıb.

Kərimi məhkəmənin son qərarına qədər girov müqabilində müvəqqət olaraq sərbəst buraxılıb.

İctimai fəal Kərimi həmçinin bildirib ki, onun məhkəməyə çağırış vərəqəsində ona qarşı irəli sürülən ittihamın "yalan yaymaq" olaraq qeyd edilib, lakin məhkəmə iclasında ona qarşı "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı irəli sürülüb.

O, məhkəməyə çağırılmadan iki həftə əvvəl Zəncanın İnqilab Korpusu Keçikçilərinin tühlükəsizlik bölmələrinin təcridxanasında dindirildiyini bildirib.

Forum

XS
SM
MD
LG