Accessibility links

Üç milli fəal müvəqqəti olaraq sərbəst buraxılıb


3 güneyli milli fəal azad edilib
3 güneyli milli fəal azad edilib

Həbs edilən milli fəallardan üçü təhlükəsizlik qüvvələrinin təcridxanasında təxminən üç aya yaxın saxlandıqdan sonra girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Davud Şiri, Araz İbrahimnejad və Məhəmmədrza Müvəhhid dekabrın 9-da hər biri 500 milyon tümənlik girov müabilində Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıb.

Müvəqqəti olaraq həbsdən azad edilən həmin fəallar sentyabrın 13-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, saxlandığı müddətdə dəfələrlə nəzarət müddəti uzadılmışdı.

Güneyli fəallar 88 gündən sonra Təbriz Mərkəzi Həbsxanasından girov müqabilində azadlığa çıxıb.

Bu fəalların müvəqqəti azadlığa buraxılmasına baxmayaraq, onlara qarşı irəli sürülən ittihamlar barədə hələ də ətraflı məlumat yoxdur.

Digər həbs olunan milli fəallar Yürüş Mehrəlibəyli, Cavad Sudbər və Əli Babayi hələ də həbsdədirlər və azadlığa buraxılmayıblar. Təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəallara dəstək məqsədilə mahnı ifa edən gənc repçi Milad Cəlili hələ də həbsdə saxlanılır.

Sentyabrın 13-də Təbriz şəhərində milli fəallar Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Ağayi və Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, 3 aya yaxın müddətinə Təbriz Kəşfiyyaf İdarəsinin təcridxanasında sorğu-sual edilib.

Forum

XS
SM
MD
LG