Accessibility links

Milli fəal Hamid Yeganəpur müvəqqəti olaraq sərbəst buraxılıb


Güneyli fəal Hamid Yeganəpur
Güneyli fəal Hamid Yeganəpur

Təbrizdə yaşayan milli fəal Hamid Yeganəpur məhkəmənin son qərarına qədər 500 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Yeganəpur səhhətinin pisləşməsi nəticəsində Kəşfiyyat İdarəsinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasına köçürülüb və ailəsinin məhkəməyə qoyduğu girov müqabilində sərbəst buraxılıb.

Dünən noyabrın 27-də təhlükəsizlik qüvvələri milli fəalın ailəsi ilə əlaqə saxlayıb və onun vəziyyətinin pisləşməsi barədə məlumat verərək, onun xəstəxanaya yerləşdirilməsi üçün mülki zəmanət təmin edilməsini istəyib.

Əslən Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindən olan milli fəal Hamid Yeganəpur ürək xəstəliyindən əziyyət çəkir. O, noyabrın 13-də təcridxanadan xəstəxanaya köçürülmüş və qısa müddət sonra yenə Kəşfiyyat İdarəsinə geri qaytarılmışdı.

Ona qarşı irəli sürülən ittihamlar və həbsinin səbəbi barədə məlumat verilməyib.

Güneyli milli fəal Hamid Yeganəpur noyabrın 7-da Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 22 gün həbsdə saxlanılıb və həmin müddət ərzində vəkilə çatım hüququndan məhrum edilib.

Hamid Yeganəpur daha öncə də dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb.

Forum

XS
SM
MD
LG