Accessibility links

Hamid Yeganəpurun sağlamlıq vəziyyəti narahatlıq doğurur


Güneyli fəal Hamid Yeganəpur
Güneyli fəal Hamid Yeganəpur

Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan milli fəal Hamid Yeganəpurun səhhətinin vəziyyətinin pisləşdiyi və müalicəyə ehtiyac duyduğu bildirilir.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında saxlanılan azərbaycanlı fəal Hamid Yeganəpurun səhhətinin vəziyyəti pisləşməsi nəticəsində onun noyabrın 13-də xəstəxanaya köçürülüb. Lakin həkimlər təcili ürək əməliyyatı tövsiyə etsələr də, təhlükəsizlik qüvvələri onu yenidən Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına qaytarıb.

Güneyli fəal Yeganəpurub fiziki vəziyyətinin pis olmasına baxmayaraq, təhlükəsizlik qüvvələri təcridxanada onu sorğuya çəkməyə davam edir.

İran İslam Respublikasının siyasi müxalifət fəallarına qarşı repressiv siyasətinin bir hissəsi olaraq, təhlükəsizlik qüvvələri nəinki beynəlxalq insan haqları qanunlarına əməl etmir, hətta ölkə qanunlarına da əməl etmirlər.

Yeganehpur çərşənbə axşamı, noyabrın 7-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və şəhərin Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb. Lakin ona qarşı irəli sürülən ittihamlar və həbsinin səbəbi barədə məlumat verilmir. İki aydan artıqdır ki, Təbrizdə təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılan milli fəalların saxlanma səbəbi və onlara qarşı irəli sürülən ittihamlar hələ də qaranlıq olaraq qalır.

Əslən Şərqi Azərbaycan vilayətinin Marağa şəhərindən olan Hamid Yeganəpurun səhhəti və saxlanma şəraiti ilə bağlı açıqlanan məlumatlar ailəsi və milli fəallar arasında təşviş doğurub.

Forum

XS
SM
MD
LG