Accessibility links

Təhlükəsizlik qüvvələri milli fəal Behzad Abbaszadəni üç gün sorğuya çəkib


Qoşaçay sakini milli fəal Behza Abbaszadə
Qoşaçay sakini milli fəal Behza Abbaszadə

Son üç gündə Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) Kəşfiyyat İdarəsinin agentləri milli fəal Behzad Abbaszadəni çağıraraq dindirib və təzyiqlərə məruz qoyub.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Abbaszadə son üç gün ərzində telefon vasitəsi ilə Qoşaçay şəhərinin kəşfiyyat idarəsinə çağırılıb və saatlarla sorğu-suala çəkilib.

Yayılan məlumata görə, təhlükəsizlik qüvvələri dindirilmənin ilk günündə onun mobil telefonunu müsadirə ediblər və dörd gündən sonra geri qaytarıblar.

Milli fəalın Kəşfiyyat İdarəsinə çağırılmasının səbəbləri və dindirilməsinin məzmunu ilə bağlı heç bir məlumat verilməyib.

Bildirilir ki, son aylarda Qoşaçay Kəşfiyyat İdarəsi şəhərdəki milli fəalları qanunsuz olaraq çağıraraq dindirib. Dindirilmə zamanı təhlükəsizlik qüvvələri milli fəalları hədələyərək, onlardan fəaliyyətlərinə son vermələrini istəyib.

Son aylar İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən İran Azərbaycanının müxtəlif şəhərlərində güneyli milli fəallara qarşı təzyiqlər kəskin şəkildə artıb. 13 milli fəal təxminən 3 ay ərzində Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib və bu müddət ərzində bir çox qanuni hüququndan məhrum edilib.

Forum

XS
SM
MD
LG