Müvafiq məsul şəxslərin son bir ayda İran mediasına təqdim etdikləri statistika və rəqəmlərə əsasən, ölkədə günəş ilinin başlanğıcından bəri Ərdəbil, Şərqi və Qərbi Azərbaycan vilayətlərində baş verən yol qəzalarında mindən çox insan həyatını itirib.
Oktyabrın 27-də Şərqi Azərbaycan vilayətinin Ədliyyə Tibbi Ekspertizasının baş direktoru Mehrdad Setare bu vilayətin yollarında baş verən avtomobil qəzalarında 584 nəfərin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, vilayətdə yol qəzalarında ölənlərin 54 faizi qəzanın şiddəti nəticəsində hadisə yerində ölüb.
Qərbi Azərbaycanın polis rəisi Sərdar Rəhim Cahanbəxş də, dünən bəyan edib ki, günəş ilinin əvvəlindən (21 mart) vilayətdə baş verən yol qəzaları nəticəsində 400-dən çox adam həyatını itirib. Cahanbaxşın sözlərinə görə, ötən illə müqayisədə vilayətdə qəzaların sayı da artıb.
Ərdəbil vilayətində isə rəsmi dövlət agentliyi İRNA-nın açıqladığı statistikaya əsasən, son 7 ayda 129 nəfər avtomobil qəzalarında həyatını itirib.
Beləliklə, martın 21-dən indiyədək İran Azərbaycanının üç vilayətində baş verən yol qəzalarında, son statistik məlumatlara görə, ən azı min 113 nəfər olub.
Ölkədə yol hadisələri nəticəsində ölənlərin sayı həddən artıq çoxdur. Son zamanlar yol polisi rəisi Həsən Mömininin mətbuata verdiyi statistikaya əsasən, keçən il ölkədə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 20 min nəfər həyatını itirib.
İranda köhnəlmiş avtomobillər, eləcə də qeyri-standart yerli istehsal avtomobillər və qeyri-standart təhlükəli yollar hər il ölümlə nəticələnən yüzlərlə yol qəzasına səbəb olur.
Forum