Accessibility links

Şərqi Azərbaycan vilayətində ağır yol qəzaları baş verib


Zəngan-Miyana yoluna qəza
Zəngan-Miyana yoluna qəza

Şərqi Azərbaycan Vilayəti tibbi təcili hallar mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin məsulu Həbib Hüseynquluzadə bildirib ki, bu gün vilayətdə müxtəlif yol qəzaları nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralıb.

Təbriz-Urmiyə yolunda yol qəzası faciə ilə nəticələnib: 4 nəfər diri-diri yanıb

Təbriz-Urmiyə yolunda Xasiban məntəqəsində Pejo markalı avtomobillə Nissan markalı avtomobilin toqquşması Pejonun yanması və maşında olan 4 sərnişinin diri-diri yanması ilə nəticələnib.

Bu haqda açıqlama verən Həbib Hüseynqulizadə Təbriz-Urmiyə yolunda Pejo markalı maşınla Nissan markalı maşının toqquşması və qəza nəticəsində 4 sərnişinin öldüyünü təsdiq edib.

Urmiyə-Təbriz yolunda qəza
Urmiyə-Təbriz yolunda qəza

Həbib Hüseynqulizadə bildirib ki, yol qəzası baş verəndən sonra hadisə yerinə ilkin tibbi yardım göstərmək üçün xüsusi qrup göndərilib, bundan sonra qəzada yaralanan 3 sərnişin Azərşəhr xəstəxanasına aparılıb.”

Şahidlərin sözlərinə görə, hadisə yerinə yanğınsöndürən maşın gəlsə də, təchizat yetərli olmadığından yanğını söndürmək mümkün olmayıb və beləliklə faciə baş verib.

Bu gün həmçinin Zəngan- Miyana yolunda da bir Pejo markalı maşınla Nissan markalı maşının toqquşması nəticəsində 2 sərnişin yaralanıb və 3 sərnişin həlak olub. Qəzada yaralanan 2 sərnişin Miyana xəstəxanasına aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG