Accessibility links

İranda ən çox yol qəzası Ərdəbil vilayətində qeydə alınıb


İranda yol qəzası
İranda yol qəzası

İran yol polisinin açıqladığı son statistik məlumatlara görə, Ərdəbil vilayətində ölkə üzrə ən çox yol qəzası və ölüm hadisəsi baş verir.

İran yol polisinin rəisi Sərdar Mömini Ərdəbil vilayətində yol qəzaları ilə əlaqədar keçirilən iclasda bildirib ki, Ərdəbildə son iki ayda yol qəzaları və həmin qəzalarda ölənlərin sayı baxımından ölkədə birinci yerdədir.

İran mediası ölkənin yol polisinin bu rəsmisinə istinadən Ərdəbil vilayətinin yollarında yol qəzası qurbanlarının sayının son 3 ayda 60% artdığını bildirib. İran mediasında yayımlanan son xəbərlərdə Ərdəbil vilayətində bu ilin başlağıcından indiyə qədər dəqiq olaraq neçə nəfərin yol qəzalarında həyatını itirdiyi barədə hələ ki, məlumat verilməyib.

Ölkənin digər vilayətləri ilə müqayisədə Ərdəbildə standart yollar çox azdır. İran yol polisi rəsmilərinin bildirdiyinə görə, vilayətdə yolların 96%-dən çoxu bir-birindən ayrılmamış ikitərəfli yollardır və dörd zolaqlı yollar və magistral yollar çox azdır.

İranın yol polisinin rəisi ötən il ölkə üzrə 19 min vətəndaşın yol qəzalarında öldüyünü açıqlayıb. Qeyri-standart yollar və avtomobillər və sürücülük səhvləri İranda yol qəzalarına yol açan əsas səbəblərindən sayılır.

Ərdəbil vilayətinin Ədli Tibb İdarəsi bu vilayətdə keçən il baş verən qəzalar nəticəsində 251 nəfərin həyatını itirdiyini açıqlayıb.

XS
SM
MD
LG