İran Azərbaycanının 4 böyük şəhərində Telekommunikasiya Şirkətinin təqaüdçüləri noyabrın 20-də tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq İranın digər şəhərləri ilə eyni vaxtda etiraz aksiyaları keçiriblər.
Ərdəbildə etiraz edən telekommunikasiya təqaüdçüləri həmin şəhərdəki şirkətin binası qarşısına toplaşaraq bu şirkətin səlahiyyətlilərinə qarşı etiraz şüarları səsləndiriblər.
"Söz bəsdir, süfrəmiz boşdur" və “Yalançı məsullar, verdiyiniz sözlərə əməl edin” Ərdəbildə keçirilən bu piketdə səsləndirilən şüarlardan olub.
Təbriz şəhərində bu şirkətin təqaüdçüləri bu şəhərdəki şirkət binasının qarşısına toplaşaraq, “Tənzimləmənin icrası bizim haqqımızdır” şüarını səsləndiriblər.
Zəncanlı təqaüdçülər isə bu vilayətin Telekom şirkətinin binasının giriş dəhlizinə toplaşaraq tibbi sığorta ilə bağlı şüarlar səsləndirərək, tibbi sığortanı insani haqları olduğunu bildiriblər.
"Bacarıqsız məsul, bizə dəstək ver” və “Utanın, sözlərinizə əməl edin” şüarları Zəncanda etiraz edən təqaüdçülərin şüarları arasında olub.
İranda telekommunikasiya şirkəti təqaüdçülərinin sinfi tələbləri olan bu etirazlar mitinqləri hər həftə ölkənin bir çox şəhərində keçirilir.
Dünən Azərbaycanın dörd böyük şəhəri ilə birgə eyni vaxtda Kirmanşah, İsfahan, Zahidan, Rəşt, Şiraz, Sarı, Xürrəmabad, Bürucird və Tehran da daxil olmaqla, digər şəhərlərdə etiraz mitinqləri keçirilib. Təqaüdçülər qanuni tələbləri təmin olunana qədər etiraz aksiyalarına davam edəcəklərini bildirir.
Ağır məişət şəraiti, yetərsiz maaşlar və sağlamlıq sığortası səbəbindən yüksək qiymətlər və inflyasiyadan əziyyət çəkən Telekommunikasiya Şirkətindən təqaüdə çıxanlar hər həftə hər vilayətin mərkəzində yerləşən müvafiq idarənin binası qarşısında etiraz mitinqləri keçirir.
Forum