İran Azərbaycanının bir neçə şəhərinin Telekommunikasiya Şirkətinin təqaüdçüləri tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq İranın digər şəhərləri ilə eyni vaxtda etiraz aksiyaları keçiriblər.
Oktyabrın 30-da Telekommunikasiya Şirkətinin təqaüdçüləri Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Qəzvin, Ərak və Həmədan şəhərlərində İranın bir sıra digər şəhərləri ilə birlikdə o cümlədən Tehran, İlam, Rəşt, Əhvaz və Zahidanda etiraz aksiyaları keçirib.
Bu etirazlar mitinqlərinin sosial mediadakı görüntüləri göstərir ki, Xuzistan vilayətinin Əndimşek şəhəri, Kirmanşah, İsfahan, Sənəndəc, Şiraz, Sari, Hörmüzqan vilayətinin mərkəzi Bəndər Abbas və Luristan vilayətinin mərkəzi olan Xürrəmabad şəhərlərində telekommunikasiya şirkətinin təqaüdçülərinin etiraz aksiyaları təşkil edilib.
Həmin şəhərlərdə telekommunikasiya idarəsinin binası qarşısında mitinqlər keçirilib və təqaüdçülər bu şirkət tərəfindən tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq şüarlar səsləndiriblər.
Telekommunikasiya şirkətinin təqaüdçüləri dövlət qulluqçuları ilə bağlı 2010-cu ildə təsdiq edilmiş qanunun icrasını tələb edirlər. Ona görə də, keçirilən bütün mitinqlərdə "qanunların qüvvəyə minməsi bizim haqqımızdır" ümumi şüar kimi səsləndirilib.
Ərdəbildə şəhərin telekommunikasiya idarəsinin qarşısına toplaşan etirazçılar əllərində fars dilində yazılmış “ədalətin vəziyyəti belədir, Telekommunikasiya üçün rüsvayçılıqdır” və “Sığorta tələblərimiz, bizim mütləq haqqımızdır” sözləri yazılmış plakatlar tutaraq, müvafiq qanunların icrasını tələb ediblər.
Təbrizdə təqaüdçü etirazçılar sığorta ilə bağlı şüarlar qaldıraraq, tibbi sığortanın keyfiyyətinin yaxşılaşdırılmasını tələb ediblər.
İsfahan şəhərində məişət şəraitinə etiraz edən təqaüdçelər “bir mənimsəmə azalsa, problemimiz həll olacaq” şüarı səsləndiriblər. Zahidanda təqaüdçülər etiraz aksiyalar ilə bağlı xəbərlərin yerli mediada işıqlandırılmasını tələb ediblər.
Şiraz şəhərində mitinq iştirakçıları tərəfindən “Nə məclis, nə də hökumət millətə əhəmmiyyət vermir" şüarı səsləndirilib.
Ağır məişət şəraiti, yetərsiz maaşlar və sağlamlıq sığortası səbəbindən yüksək qiymətlər və inflyasiyadan əziyyət çəkən Telekommunikasiya Şirkətindən təqaüdə çıxanlar hər həftə hər vilayətin mərkəzində yerləşən müvafiq idarənin binası qarşısında etiraz mitinqləri keçirir. Onlar etiraz aksiyalarını qanuni tələbləri təmin edilməyənə qədər davam edəcəklərini bildirir.
Forum