Accessibility links

Təbriz, Ərdəbil, Həmədan və Zəncanda təqaüdçü mitinqləri keçirilib


Həmədan (Şəkil: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)
Həmədan (Şəkil: İran İşçilərinin Azad Birliyinin Telegram kanalı)

İranda təqaüdçülər sentyabr ayının 4 və 5-də ölkənin bir çox vilayət mərkəzində aksiya və yürüş təşkil ediblər.

Bazar ertəsi günü İran telekommunikasiya şirkətinin təqaüdçüləri Təbriz, Ərdəbil, Zəncan, Gilan və Tehnran kimi şəhərlərdə aylar öncədən başlatdıqları yürüşlər və etiraz aksiyalarını davam etdiriblər.

HRA agentliyi və İran İşçilərinin Azad Birliyi kimi mənbələrin yaydığı xəbər və görüntülərə istinadən, şirkətin vilayət mərkəzlərindəki baş ofislərinin önündə toplaşan telekommunikasiya təqaüdçüləri əllərində plakatlar nümayiş etdirib və şüarlar səsləndiriblər.

Təqaüdə ayrılmış müəllimlər və bəzi digər sektorların təqaüdçüləri isə sentyabr ayının 5-də ümumölkə pensiya fondu şöbələrinin önündə toplaşıblar.

Sentyabrın 5-də Təbriz, Ərdəbil, Qəzvin, Həmədan, Tehran, Kərəc və Kirmanşah kimi şəhərlərdə mitinqlər baş tutub.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Forum

XS
SM
MD
LG