Accessibility links

Təbriz, Urmiyə, Ərdəbil və Zəncanda təqaüdçülər aksiya keçirib


Zəncan (İran İşçiləri Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)
Zəncan (İran İşçiləri Azad Birliyinin yaydığı videonun ekran görüntüsü)

İran telekommunikasiya şirkətinin təqaüdçüləri artıq ənənə halına gətirdikləri etiraz aksiyalarını oktyabrın 23-də ölkənin bir çox vilayətində davam etdiriblər.

Bazar ertəsi günü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Tehran Mazəndəran, Gilan, Luristan və İsfahan kimi vilayətlərdə təqaüdçülərin etiraz mitinqləri təşkil olunub.

Bu dəfə İran Azərbaycanında təqaüdçülər bütün vilayət mərkəzlərində şirkətin baş ofisininin qarşısına toplaşaraq əllərində plakatlar nümayiş etdirib və şüarlar səsləndiriblər. Aksiyaların eyni gündə İran Azərbaycanının bütün vilayətlərində keçirilməsi nadir hallardandır.

İran İşçilərinin Azad Birliyinin Telegram kanalında Zəncan mitinqindən yayılan bir videoda təqaüdçülərin "Biz ədalət görmədik, təkcə yalan eşitdik" və "Bahalıq və inflyasiya xalqın başının bəlası" kimi şüarları səsləndirdikləri eşidilir.

İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar aylardır ki, ölkənin bir çox vilayətində piket və yürüşlər keçirməyə davam edirlər.

Hüquq-müdafiə və əmək qruplarının yaydığı məlumata görə, təqaüdçülər "maaşların bərabərləşdirilməsi" layihəsinin tətbiqi və layihədə islahat aparılması, tibbi sığorta və digər sığorta hüquqlarının yerinə yetirilməsi, bərbad məişət vəziyyətlərinə diqqət yetirilməsi və pensiyaların həyat xərcləri və inflyasiya faizinə mütənasib artırılması kimi tələblərini gündəmə gətirirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG