Accessibility links

Mina partlayışı nəticəsində mülki şəxs xəsarət alıb


Mina təhlükəsi ilə bağlı reklam lövhəsi
Mina təhlükəsi ilə bağlı reklam lövhəsi

Noyabrın 5-də Tərtər rayonu Təpəkənd kəndinin (Bakıdan 322 kilometr qərb) minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupunun məlumatına görə, mina partlayışı nəticəsində rayonun Seyidimli kənd sakini Asif Hüseynov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq", məlumatda vurğulanır.

Noyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Barbok ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Qarabağda 960 kvadrat kilometr ərazi minalanıb.

“İlkin hesablamalara görə, son üç il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini "təmas xətti" boyunca minalayıb, minalanmanın dərinliyi hətta 2 kilometrə çatır. Bu isə o deməkdir ki, 960 kvadrat kilometr ərazi minalanıb. Söhbət yüz minlərlə minaların basdırılmasından gedir", Bayramov bildirib.

O qeyd edib ki, 44 günlük müharibənin başa çatmasından sonra, yəni 2020-ci il noyabrın 10-dan bu yana Azərbaycanda minalardan 336 nəfər mina partlayışlarından zərər çəkib, onlardan 65 nəfər ölüb, 271 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG