Accessibility links

İran Azərbaycanında 4 məhbus edam edilib


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

Son bir həftədə Təbriz, Ərdəbil və Zəncan həbsxanalarında 4 məhbus edam edilib.

İran İnsan Haqları Təşkilatı (İHR) oktyabrın 11-də Təbriz Mərkəzi Həbsxanasında narkotik ittihamı ilə həbsdə olan iki məhbusun asıldığını bildirib. Verilən məlumata görə, Mehdi Şadab və Abbas Əli Məqami adlı hər iki şəxs Şərqi Azərbaycanın Şəbistər şəhərindəndirlər. Məlumatda bu iki şəxsin son 3 ildə həbsdə saxlanıldığı və narkotik maddə daşıdıqları üçün həbs edildikləri bildirilir.

Qəsdən adam öldürmə ittihamı ilə məhkum edilmiş daha bir məhbus oktyabrın 14-də Zəncan Mərkəzi Həbsxanasında edam edilib.

İran mediası bu üç nəfərin edam edilməsi xəbəri ilə bağlı məlumat verməyib.

Bununla belə, Tasnim xəbər agentliyi Ərdəbil vilayətinin cinayət prokurorunun müavini Əmin Rəncbərə istinadən oktyabrın 15-də Ərdəbil Mərkəzi Həbsxanasında "qəsdən adam öldürmə" ittihamı ilə bir məhbusun edam edilməsi barədə məlumat yayıb.

İran mediası və məhkəmə orqanları edam xəbərləri ilə bağlı adekvat şəkildə məlumat vermir və edam xəbərlərinin yalnız kiçik bir hissəsi barədə məlumat yayırlar.

İran İnsan Haqları Təşkilatının (İHR) internet saytında dərc olunan statistikaya görə, 2023-cü ildə İranda 550 nəfər edam edilib.

Forum

XS
SM
MD
LG