Avqustun 9-da Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində 5 məhbus edam edilib.
Fars xəbər agentliyi bu gün Mərənd həbsxanasında zorlama ittihamı ilə 5 məhbusun asıldığını açıqlayıb.
Mərənd şəhərinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Ziya Mehr bir qadının mayın 21-də 5 nəfər tərəfindən zorlandığı üçün məhkəməyə müraciət etdiyini bildirib.
Mərəndin məhkəmə səlahiyyətlisi bu şəxslərin mayın 25-də həbs edildiyini və daha sonra edam cəzasına məhkum edildiyini bildirib.
Bu şəxslərin edam hökmü ölkənin Ali Məhkəməsində qüvvədə saxlanıldıqdan sonra kimliyi açıqlanmayan bu 5 nəfərin edam hökmü avqustun 9-da icra olunub.
İran İnsan Haqları Təşkilatının (İranhr) məlumatına görə, hazırda 2023-cü ilin əvvəlindən indiyə kimi 442 nəfər ölkədə edam edilib. Bu rəqəm keçən il 582 nəfərdən ibarət olub.
Çindən sonra İran ötən ildə ən çox edam cəzasını tətbiq edən ölkələr sırasında olub.
Forum