Accessibility links

İnsan Haqları Qrupu İranda son 2 gündə bəluc azlığının 11 üzvünün asıldığını bildirib


Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının çərşənbə günü bildirdiyinə görə, İran 48 son saat ərzində bəluc azlığının 11 üzvünü narkotik maddə ittihamı ilə edam edib.

Qeyri-hökumət təşkilatının verdiyi məlumata əsasən, 9 iranlı bəluc və qonşu Əfqanıstanın 2 bəluc vətəndaşı bazar günü və çərşənbə axşamı səhər asılaraq edam edilib.

Qrup əlavə edib ki, edam cəzası artan İran iyul ayında 61 edam olmaqla, bu il ümumilikdə 423 nəfəri ölüm cəzasına məhkum edib.

Fəallar İranı ölüm cəzasından keçən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı başlayan etiraz hərəkatından sonra əhali arasında qorxu yaymaq üçün istifadə etməkdə ittiham edir. İranlı kürd qadın İslam Respublikasının sərt geyim qaydalarını pozduğu iddiası ilə saxlanılmışdı.

İran İnsan Haqları Təşkilatı bildirib ki, şiələrin üstünlük təşkil etdiyi İranda İslamın sünni məzhəbinə sadiq olan bəluc azlığının üzvləri əhalinin 2-dən 6-ya qədər faizini təşkil etsə də, 2022-ci ildə bütün edamların üçdə birini onlar təşkil edib.

İyulun 30-dan avqustun 1-dək Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedan şəhərinin əsas həbsxanasında saxlanılan 8 bəluc narkotik ittihamı ilə edam edilib.

İyulun 31-də Xorasan vilayətinin şərqindəki Bircənd şəhərindəki həbsxanada daha bir bəluc oxşar ittihamlarla edam edilib.

İran İnsan Haqları Təşkilatı 2022-ci ildə narkotik maddələrlə əlaqəli ittihamlarla edam edilən 256 nəfərin demək olar ki, yarısının bəluc icmasının üzvləri olduğunu bildirib.

Forum

XS
SM
MD
LG