Qəzvin və Ərak vilayətlərinin həbsxanalarında 3 məhbusun asıldığı bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Ərak həbsxanasında narkotiklə bağlı ittihamlarla edam cəzasına məhkum edilmiş iki məhbus avqustun 6-da edam edilib. Həmçinin Qəzvinin Çubindər həbsxanasında qətl ittihamında edam cəzasına məhkum edilmiş bir məhbus həmin gün asılıb.
İran İnsan Haqları Təşkilatının (İranhr) yaydığı məlumata görə, avqustun 7-də ən azı bir nəfər edam hökmü icra edilmək üzrə Həmədan Mərkəzi Həbsxanasında təkadamlıq kameraya köçürülüb.
İnsan haqları təşkilatlarının dərc etdiyi hesabatlar göstərir ki, ən çox edam İranda etnik azlıqların yaşadığı bölgələrdə həyata keçirilir.
İran İnsan Haqları Təşkilatının hesabatı göstərir ki, ötən il Sistan və Bəluçistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kürdüstan vilayətlərində ümumilikdə 130 nəfər edam edilib.
Həmçinin, bu təşkilatın hesabatına görə, 2023-cü ilin əvvəlindən İranda 435 nəfər edam edilib.
Forum