Accessibility links

Urmiyə və Makıda iki məhkum asılıb


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

Hüquq müdafiəçiləri Qərbi Azərbaycan vilayətinin Urmiyə və Makı (Maku) şəhərlərində üç edam məhkumunun hökmünün icra edildiyinə dair məlumat yayıblar.

Keçən günlərdə Urmiyənin mərkəzi həbsxanasında asılan Hüseyn Dolxani, insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, 9 il öncədən qətl ittihamı ilə həbsdə saxlanılırdı.

HRA-nın xəbərinə görə, eyni gün Səid İslamdust adlı başqa bir məhkumun hökmü Urmiyə həbsxanasında icra edilib.

Dolxani və İslamsustun ölüm cəzaları həftə sonu tətbiq edilib.

Edam edilən digər məhbusun hökmü çərşənbə günü Makı həbsxanasında icra edilib. Norvecdə yerləşən hüquq müdafiə qrupu IHR asılan məhkumun 32 yaşlı Hamid Hüseynpur olduğunu açıqlayıb.

Hüseynpur 5 il öncədən qətl ittihamı ilə həbsdə saxlanılırmış.

İranda qətl ittihamı ilə edama (qisas) məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini "diyə-təzminat" almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilir. Müəyyən edilmiş son möhlətə qədər "diyə" məbləğini hazırlayıb ödəyə bilməyən məhkumların ölüm cəzası icra edilir. "Diyə" şəriət qanunlarına görə, hesablanan bir təzminat növüdür.

XS
SM
MD
LG