Accessibility links

Ayxan Hacızadə: HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil


 Ayxan Hacızadə-Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi
Ayxan Hacızadə-Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycan əsilli şəxslərin sayı 8-ə çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Amerikanın Səsinə bildirib.

Hücumlar zamanı həlak olan şəxslərin adları açıqlanıb.

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İkili vətəndaş)

İlkin Nəzərov (İkili vətəndaş)

Lior Əzizov (İsrail vətəndaşı)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (İsrail vətəndaşı)

Jiar Davidov (İsrail vətəndaşı)

Bundan əlavə Ayxan Hacızadə bildirib ki, HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb.

"Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər", o bildirib.

Bundan əlavə, İsrailin Azərbaycandakı səfirliyi HƏMAS-İsrail müharibəsində həlak olan Azərbaycan əsilli şəxslərlə bağlı başsağlığı verib.

Bu barədə səfirliyin "X" (keçmiş Twitter) sosial şəbəkə hesabında paylaşım edilib.

"Vətənini müdafiə etmək üçün canlarını qurban verən əslən azərbaycanlı olan cəsur israillilərlə bağlı başsağlığı veririk", məlumatda deyilir.

Xatırlatma

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, İsraildə 75 min azərbaycan əsilli insan yaşayır. İsraildə hazırda olan Azərbaycan vətəndaşlarının sayı barədə isə rəsmi statistik rəqəm hələ elan edilməyib.

HƏMAS militantlarının İsraildə azı 1200 nəfərin ölümünə səbəb olan hücumundan sonra İsrail cavab kampaniyasını davam etdirərək, Qəzza zolağında yollara və binalara hava zərbələri endirib.

Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS-ın hücumunun başlamasından sonra hava zərbələrini həyata keçirməsindən bəri Qəzzada ölənlərin sayının 2088 nəfərə yüksəldiyini, 10 000-dən çox insanın yaralandığını bildirib.

Forum

XS
SM
MD
LG