Accessibility links

İsrail Livanla sərhəddəki yaşayış məntəqələrinin sakinlərini təxliyə edir


İsrail Müdafiə Nazirliyi və Müdafiə Qüvvələri Livanla sərhəddən iki kilometrə qədər məsafədə yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyə edildiyini bildirib. Bu barədə məlumat onların birgə bəyanatında açıqlanıb.

Evakuasiya planına 28 yaşayış məntəqəsi daxildir: Qacar, Dişon, Kfar Yuval, Margaliot, Metula, Avivim, Dovev, Maayan Barux, Baram, Manara, Iftah, Malkiya, Misqav Am, Iron, Dafne, Arab Al-Aramşe, Şlomi, Netua, Yaara , Ştula, Matat, Zarit, Şomera, Betzet, Adamit, Roş Hanikra, Hanita və Kfar Giladi.

Bu yaşayış məntəqələrinin sakinləri dövlət tərəfindən maliyyələşdirilən pansionatlara yerləşdiriləcək. Təxliyə planı müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqlənib.

İsrail hakimiyyəti Qəzza zolağının şimal sərhədi yaxınlığında yerləşən Sderot sakinlərini bazar günü təxliyə etməyə başlayıb. Bu, ölkə tarixində bütöv bir şəhərdə edilən ilk evakuasiyasıdır. Şəhər merinin müavini Elad Kalimi bildirdiyinə görə, şəhərin 30 min sakininin təxminən üçdə ikisi artıq təxliyə edilib. Həmçinin onun hesablamalarına görə, Sderot sakinlərinin təxminən 10 faizi ya öz istəyi ilə, ya da məcburi vəziyyətə görə şəhərdə qalacaq.

İsraildə müharibə oktyabrın 7-də səhər saatlarında başlayıb. HƏMAS və İslami Cihad yaraqlıları Qəzza zolağından kütləvi raket zərbələri endirməklə, İsrail ərazisinə daxil olub və insanları girov götürüb. Buna cavab olaraq İsrail bir neçə gündür Qəzza zolağına irimiqyaslı hava zərbələri endirir. Son məlumatlara görə, İsraildə azı 1400 nəfər ölüb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında 2670 nəfər ölüb, 9600 nəfər yaralanıb.

Forum

XS
SM
MD
LG