Accessibility links

İran İsrailə regional eskalasiya ilə bağlı xəbərdarlıq edib


Yarı rəsmi Fars xəbər agentliyi bildirib ki, İran İsrailə fələstinlilərə qarşı təcavüzə son qoymasa, eskalasiyanın artacağı ilə bağlı xəbərdarlıq edib və onun xarici işlər naziri regiondakı digər tərəflərin hərəkətə keçməyə hazır olduğunu bildirib.

“Əgər sionist təcavüzləri dayanmasa, regiondakı bütün tərəflərin əli tətikdədir”- deyə, İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ordusunun İsraillə sərhəd şəhərlərində ölümcül hücumu ilə dünyanı şoka salan islamçı yaraqlıları axtarışı məqsədi ilə Qəzza zolağına hərəkət etməyə hazırlaşarkən "Həması yıxacağına" söz verib.

İranın ali ruahni rəhbəri Ayətullah Əli Xameneyi çərşənbə axşamı deyib ki, Tehran yaraqlı HƏMAS qruplaşmasının İsrailə hücumunda əli olmayıb. O,İsrailin "düzəlməz" hərbi və kəşfiyyat məğlubiyyətini alqışlayıb.

İsrail uzun müddətdir ki, İranın ruhani rəhbərlərini HƏMAS-a silah verməklə zorakılığı qızışdırmaqda ittiham edir.

Tehran Qəzza zolağına nəzarət edən qruplaşmaya mənəvi və maliyyə dəstəyi verdiyini bildirir. Fələstin məsələsini dəstəkləmək 1979-cu il inqilabından bəri İslam Respublikasının sütunlarından biri olub və şiələrin dominant olduğu ölkənin müsəlman dünyasının lideri kimi formalaşması üsuludur.

Keçən həftə İsraili Qəzza zolağına qarşı mühasirə tətbiq etməklə "soyqırım"da günahlandıran Əmirabdollahian Qəzzaya hücumun Yaxın Şərqdə "yeni müqavimət cəbhələri açacağını" bildirib.

Əmirabdollahian deyib: "Bölgədə mümkün yeni müqavimət cəbhələrinin açılması və bugünkü müharibənin hər bir genişlənməsinə görə məsuliyyət birbaşa ABŞ və sionist rejimin (İsrail) üzərinə düşür".

İranın dəstəklədiyi HƏMAS-ın bəyanatında deyilir ki, Əmirabdollahian şənbə günü Qətərdə HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb, qrupun İsraildə ölümcül hücumunu müzakirə edib və qrupun məqsədlərinə çatmaq üçün əməkdaşlığı davam etdirməyə razılıq verib.

Bundan əvvəl İran prezidenti İbrahim Rəisi həmkarı Emmanuel Makronla telefon danışığında Fransanı fələstinlilərə “zülmün qarşısını almaq” üçün kömək etməyə çağırıb.

Forum

XS
SM
MD
LG