Oktyabrın 13-də Avropadan, o cümlədən Avropa İttifaqına daxil olmayan ölkələrdən 20 səfir, eləcə də ABŞ-ın nümayəndələri İsrailin Bakıdakı səfirliyinə gələrək İsrailə dəstəklərini nümayiş etdirib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik X (keçmiş Twitter) hesabında yazıb.
“Biz HƏMAS terrorçuları tərəfindən israillilərin ürəkağrıdan qətliamını və onun nəticələrini müzakirə etdik. Söhbətimizə iki gənc israilli Anat və Gaia ilə Zoom zəngi daxil idi, onlar ailələrinin HƏMAS-ın girovluğunda qaldıqları üçün apardıqları mübarizədən danışırdılar. Onlar səfirlərə yalvarırdılar ki, onların azad edilməsi üçün bütün imkanlarından istifadə etsinlər”, səfir qeyd edib.
Corc Dik yazır ki, görüş zamanı HƏMAS-ın soyqırım ideologiyası və onun İŞİD-ə bənzər hərəkətləri araşdırılıb.
“Biz həmçinin HƏMAS-ın öz əhalisini istismar edərkən günahsız israillilərə necə hücum etməsindən danışdıq və İranın HƏMAS-ı maliyyələşdirmək, silahlandırmaq və təlim keçməsindəki rolunu müzakirə etdik.
Bu, bizə şər tərəfindən məcbur edilən döyüşdür, lakin biz qəti əminik ki, ədalət qalib gələcək və biz qalib gələcəyik”, Corc Dik qeyd edib.
Forum