Accessibility links

Bir qrup ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçəcək


Ukraynalı uşaqlar Bakı hava limanında (Mənbə: Ukraynanın Azərbaycandakı səfirliyi)
Ukraynalı uşaqlar Bakı hava limanında (Mənbə: Ukraynanın Azərbaycandakı səfirliyi)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə oktyabrın 1-də daha 30 nəfər ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Bakıya gətirilib.

Agentliyin məlumatına görə, Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

Ukraynanın Azərbaycvandakı səfiri Vladislav Kanevski bildirib ki, oktyabrın 1-də Ukraynanın Müdafiəçiləri Günü qeyd olunur.

"Maraqlıdır ki, məhz bu gün Ukraynanın suverenliyi və ərazi bütövlüyünü Rusiya işğalından müdafiə edən və bu yolda canlarından keçmiş qəhrəmanların övladlarından ibarət daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib. Ukrayna üçün humanitar layihələri dəstəklədiyinə görə Azərbaycan tərəfinə səmimi təşəkkürümü bildirirəm. Bu kömək ardıcıldır və ürəkdən gəlir, buna görə də son dərəcə dəyərlidir", səfir Facebook səhifəsində qeyd edib.

Rəsmi məlumatlara görə, indiyədək 150-dək ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Forum

XS
SM
MD
LG