Accessibility links

Ukraynada müharibədən əziyyət çəkən bir qrup uşaq Azərbaycanda psixoloji reabilitasiyaya cəlb edilib


Ukraynada müharibədən əziyyət çəkən bir qrup uşaq Azərbaycanda (Rəsmi foto, mənbə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)
Ukraynada müharibədən əziyyət çəkən bir qrup uşaq Azərbaycanda (Rəsmi foto, mənbə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi)

Ukraynadakı müharibədən əziyyət çəkən 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəyə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilib.

Nazirliyin mətbuat xidmıətinin məlumatına görə, reabilitasiya mərkəzində uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək.

“Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək,” məlumatda qeyd edilir.

Bundan öncə də Ukraynada müharibədən əziyyət çəkən bir neçə qrup uşaqlar Azərbaycanda reabilitasiya kurslarına cəlb edilib.

XS
SM
MD
LG