Accessibility links

Təbrizdə yaşayan Əlirza Şirdel və Pejman İslami həbsxanaya köçürülüb


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

Təbriz sakinləri Əlirza Şirdel və Pejman İslami təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, müvafiq olaraq Həmədan və Təbriz həbsxanalarına köçürülüb.

Azərbaycan İnsan Haqları Təşkilatının (AHRO) yayımladığı məlumata istinadən, Təbriz sakini olan Pejman İslami və Əlirza Şirdel müvafiq olaraq 5 il sürgündə həbs və 2 il həbs cəzasının tətbiqi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbsxanaya köçürülüb.

Pejman İslaminin sürgündə 5 il həbs cəsasını tətbiq etmək üçün Həmədanın Alvand (Əlvənd) həbsxanasına və Əlirza Şirdel isə Təbriz həbsxanasına köçürüldüyü bildirilir.

Əlireza Şirdel və Pejman Eslami həbs edilərək həbsxanaya aparılıb

Təbriz sakinləri Əlireza Şirdel və Pejman Eslami təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək müvafiq olaraq Həmədan və Təbriz həbsxanalarına aparılıb.

Yayımlanan xəbərə görə, bu şəxslər əvvəlcədən xəbər verilmədən və məhkəmədən çağırış vərəqəsi almadan, təhlükəsizlik qüvvələri tərəfindən istədikləri yerə çağırılaraq tamamilə qeyri-qanuni və gizli bir şəkildə tutularaq həbsxanaya köçürülüblər.

Həmin məhbuslar, keçən il İranda ümummilli etirazlar fonunda Təbriz şəhərində keçirilən etiraz aksiyalarında həbs edilmişdi.

Pejaman və Əlirza daha əvvəl Təbriz Ümumi və İnqilab Məhkəməsi tərəfindən barələrində cəmi 16 il həbs qərarı çıxan 6 vətəndaş arasında olub.

Pejman İslami "bank yandırmaq yolu ilə müharibə etmək" ittihamına görə, Həmədan həbsxanasına sürgün edilməklə 5 il həbs və təxminən 11 milyon tümən cərimə ödəməyə məhkum edilmişdi.

Əlirza Şirdel isə bankları yandırmaları üçün benzin təmin edərək "müharibədə iştirakçı olmaq" ittihamından günahkar tanınaraq 2 il həbs cəzasına məhkum edilmişdi.

Bu şəxsləri Təbriz Ümumi və İnqilab Məhkəməsində hakim Rəhim Həmbər mühakimə edib. Rəhim Həmlbər 2013-cü ildə Avropa İttifaqının sanksiyaya məruz qalan şəxslər siyahısındadır.

Hakim Həmlbərin Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmasının səbəbləri, jurnalistləri, İranda azərbaycanlı etnik azlığı fəallarını və əmək haqları fəallarını milli təhlükəsizliyə qarşı fəaliyyət aparmaqda, İran rejimi əleyhinə təbliğat aparmaqda və İran liderlərini təhqir etmək kimi ittihamlardan ağır cəzalara məhkum etmək qeyd olunub.

Sözügedən iki məhbusun məhkəmə prosesində, onlar düzgün vəkilə çatım hüququndan məhrum buraxılıb və vəkil seçmə hüquqları pozulub, məhkəmə tərəfindən təyin olunmuş vəkillər tərəfindən müdafiə ediliblər.

Forum

XS
SM
MD
LG