Accessibility links

İran Azərbaycanında universitetlər və ticarət mərkəzləri kütləvi tətil və etirazlara qoşulub


Noyabrın 15-də Təbriz bazarında mağaza sahibləri və işçilər tətil keçirib.
Noyabrın 15-də Təbriz bazarında mağaza sahibləri və işçilər tətil keçirib.

Noyabrın 15-də İran Azərbaycanının şəhərlərində, o cümlədən Təbrizdə universitet tələbələri və əhali etiraz və tətil aksiyalarına qoşulub.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Təbriz bazarında dükançılar ölkədəki etiraz aksiyaları və genişmiqyaslı tətillərlə həmrəy olaraq dükanlarını bağlayıb və tətil elan ediblər.

Təbrizin qapalı bazarı, Əmir bazarı, ayaqqabı satıcıları bazarı, qızılçılar bazarı, Səhənd kompüter aksesuarları ticarət mərkəzi, Təbriz mobil telefon bazarı, Kristal ticarət mərkəzi, Daş mağazalar, Şəhnaz, Darayi və Vəliəsr küçələrində yerləşən dükanların sahibləri mağazalarını bağlayaraq tətil keçiriblər.

Təbriz bazarında mağaza sahibləri və işçilər tətil keçirib.
Təbriz bazarında mağaza sahibləri və işçilər tətil keçirib.

Bununla yanaşı, sosial mediada yayımlanan bəzi fotolarda Qoşaçay (Miyandab) və Tikantəpə (Təkab) şəhərlərində də bəzi dükançıların mağazalarını bağlayaraq kütləvi tətilə qoşulduqları göstərilir.

Təbriz şəhərində universitetlərin tələbələri toplaşaraq etiraz şüarları səsləndiriblər.

Təbriz Universitetinin tələbələrinin etiraz aksiyasında tələbələr azadlıq tələb edərək, İran Azərbaycanında davamlı və geniş şəkildə səsləndirilən "azadlıq, ədalət, milli hökumət" şüarını səsləndirib.

Həmçinin Təbriz Azad Universitetinin tələbələri də böyük etiraz aksiyası keçiriblər.

Noyabrın 15-də daha öncədən sosial media və səhərlərdə dağıdılan vərəqələr vasitəsilə yayılmış çağırışlar nəticəsində etirazlar və tətillər keçirilib.

2019-ci il noyabrın 15-də yanacaq qiymətinin qəfildən 3 dəfə artımından sonra başlayan kütləvi etirazların anılması məqsədilə 15, 16 və 17 noyabr tarixlərində etiraz və tətil aksiyalarına çağırışlarla bağlı vərəqələr paylanıb.

XS
SM
MD
LG