Accessibility links

Təbrizdə etiraz aksiyalarında "azadlıq, ədalət, milli hökumət" şüarı səsləndirilib


Təbrizdə oktyabrın 26-da Şəhnaz məhəlləsində etiraz aksiyası keçirilib
Təbrizdə oktyabrın 26-da Şəhnaz məhəlləsində etiraz aksiyası keçirilib

Oktyabrın 26-da İran Azərbaycanının bəzi şəhərlərində, o cümlədən Urmiyə, Təbriz və Zəncanda etiraz aksiyaları keçirilib. Həmin gün İranın bir çox vilayətində də İslam Respublikasına qarşı etirazlar baş tutub.

İranda azərbaycanlı türk əhalinin yaşadığı ən mühüm şəhər olan Təbriz də daxil olmaqla, İran Azərbaycanının digər şəhərlərində etirazçılar İslam Respublikasının lideri Xamenei əleyhinə şüarlar səsləndiriblər.

Təbrizdə etirazçılar "diktatora ölüm, Xameneyiyə ölüm" şüarları səsləndiriblər.

Həmçinin, etirazçılar tərəfindən dəfələrlə “azadlıq, ədalət, milli hökumət”, “biz ölməyə hazırıq, Babəkin Sərbazıyıq (əsgərləriyik)” kimi şüarlar səsləndirilib.

Təbrizdə etirazlar bu şəhərin Şəhnaz məhəlləsində başlayıb və etiraz aksiyası İran rejimi qüvvələrinin etirazçıları təqib etməsi ilə dağılıb. Yayımlanan video-görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdıqları müşahidə olunur.

Sosial şəbəkələrdə yayılan videolarda bu aksiyalarda xüsusilə çox sayda qadınların iştirakı diqqət çəkir.

Urmiyə və Təbriz şəhərlərində təxminən saat 18:00-da başlayan etiraz aksiyaları bir neçə saat davam edib.

Şəhərlərdə etiraz aksiyaları başlamadan əvvəl Təbriz və Ərdəbil universitetlərinin tələbələri günorta vaxtından etibarən universitet kampuslarında etiraz aksiyası təşkil edərək İslam Respublikasının əleyhinə şüarlar səsləndiriblər.

Oktyabrın 26-sı Məhsa Əmininin vəfatının qırxıncı gününə təsadüf edib.

İranda etirazlar Məhsa Əmininin sentyabrın 16-da əxlaq polisi tərəfindən hicabının İslam Respublikasının qaydalarına uyğun olmadığı üçün həbs edildikdən sonra polis nəzarətində olduğu zaman ölümündən sonra başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG