Accessibility links

Afşin Nəziri müvəqqəti olaraq sərbəst buraxılıb


Afşin Nəziri
Afşin Nəziri

Afşin Nəziri Tehranın Evin həbsxanasından 800 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılıb.

Bölgədəki hüquq müdafiəçiləri bildiriblər ki, o, sentyabrın 8-də məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq, Evin Həbsxanasından zaminə buraxılıb.

Gilan vilayətinin Rəşt şəhərində yaşayan Azərbaycanlı milli fəal Vədud Əsədi öz Instagram səhifəsində məlumat paylaşaraq, Afşin Nəzirini Urmiyə gölünün quruması və son dövrlərdə Araz çayının kəskin çirklənməsi ilə bağlı məarifləndirmə fəaliyyəti ilə məşğul olan ətraf mühit fəalı kimi təqdim edib.

Afşin Nəzirinin həbs edilməsindən iki gün sonra onun ailəsinə zəng etməsinə icazə verilib və iki həftəyə yaxın həbsdə olduğu müddətdə ona ailəsi ilə görüşmə imkanı verilməyib.

Avqustun 29-da Afşin Nəziri Tehrandakı şəxsi evində həbs edilib. Afşin Nəzirinin bacısının 5 mülki geyimli təhlükəsizlik qüvvəsinin səhər saat 6 radələrində azərbaycanlı fəalın evinə daxil olaraq onu həbs etdiklərini bildirimişdi.

Bu ətraf mühit fəalının yaxınları onun Instagramdakı fəaliyyəti və Urmiyə gölünün vəziyyəti ilə bağlı materiallar dərc etdiyi üçün həbs edildiyini deyirlər. Lakin hələ ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı ətraflı məlumat yoxdur.

Forum

XS
SM
MD
LG